Ötən mövsüm Azər Bağırovun götürdüyü "Kəpəz"lə hazırkı "Kəpəz"in imkanları arasında çox böyük fərq var.
1. Dövlət tərəfindən ayrılan vəsait 500 000 manat azaldılıb.
2. Kamilin Kappası üçün əlavə təxminən 100 000 manat civarında pul xərclənib.
3. Erkin İbrahimovun gətirdiyi futbolçuların maaşı çox şişirdilib, bu da ən azı altırəqəmli bir məbləğ təşkil edir.
4. Kluba yaralı barmağı sarıya bilməyəcək əlavə kadrlar cəlb edilib. Bu da ən azı altırəqəmli məbləğdir.
5. Yola salınan məşqçilər korpusunun artan maaşları və əlavə təzminat xərcləri də az deyil.
6. Səhv etmirəmsə, ötən mövsüm Etiram Quliyev jest etmişdi, demək olar ki, Tovuzda pulsuz oynayırdılar. İndi isə komanda Qəbələdə təbii örtüklü, bahalı stadionda ev oyunlarını keçirir.
7. Ən əsası, Azər Bağırov legioner rüsumu ödəməmək üçün seleksiyanı 3-cü sort ölkələrin milli üzvlərindən edirdi. İndi isə hər legioner futbolçu üçün AFFA-ya 100 000 manat ödənilməlidir. Bu məbləğə cəmi 3 futbolçu götürmək mümkündür. 4-cü və sonrakı legionerlər üçün isə 200 000 manat rüsum ödənməlidir.
Hazırkı rəhbərlik dəymiş ziyan üçün ən azı 1 milyon manat masaya qoysa, klubu İlqar Nadiriyə versə, bəlkə onda "Kəpəz" Premyer Liqada qala bilər.
Elsevər MURADZADƏ




Fikirlərini bizimlə bölüş!