Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Başın batsın, AFFA!!!

Müharibədə tar-mar etdiyimiz, iqtisadiyyatına meydan oxuduğumuz Ermənistanın gör, necə yığma komandası var: 3 oyun, 3 qələbə və Almaniyanın qrupunda lider! Məncə, utanmaq hissi sizə yaddır…
**
Millətlər Liqasında bizimlə eyni divizionda oynayan Şimali Makedoniya səfərdə Almaniyanı məğlub edir, gürcülər Xviçanı Avropa nəhənginə satmağa hazırlaşır, Malta səfərdə Slovakiyadan, Latviya Türkiyədən xal alır, bizim komanda isə əvvəlkindən də rəzil gündə.
**
Gözünüzdən gəlsin, illik 25 milyon büdcə, bir gün bunun hesabını verəcəksən, Elxan Məmmədov, onda səni nə trolların, nə də sənin havana oynayan “media” xilas edəcək… Az qalıb.

Fikirlərini bizimlə bölüş!