Beşikdə boğulan futbolumuz…

U-15 liqasının keçirildiyi meydançaya təkrar-təkrar baxın.

Bir neçə gün əvvəl yayılan videodur. Dəfələrlə baxmışam, izah tapa bilmirəm.

Niyə də, niyə axı?

Tam səmimi soruşuram, hansı ağlı olan valideyn övladının bu şərtlər altında futbola getməsinə sevə-sevə razılıq verər?

Ona görə də kim bacarırsa, mümkün qədər övladını futboldan uzaq tutur. Çünki perspektiv yoxdur.

Övladının göz yaşına, futbol sevgisinə dözməyən ürəyi yumşaqlar da qalıb ortalıqda.

Hə, yenə kimsə ağıllı-ağıllı Afrikanı misal çəkə bilər. Ay əziz insanlar, bura Afrika deyil.

Burada uşaqlar ac-susuz böyümür, pis-yaxşı hamının normal imkanları var. Normal bağçalar, məktəblər, peşə məktəbləri var.

Övladını çölə atmaq məcburiyyətində deyil. İnsan məcbur qalanda 3 gün susuz da qalır. Məcbur qalanda.

İndi kimsə bu ölkədə övladını futbola qoymağa məcbur deyil.

Əvəzində gül kimi təhsil verər, hansısa peşəyə yönəldər də.

Hər şey bu stadionla bitmir.

Sizi əmin edirəm ki, bu hələ heç ilk onluğa düşməyəcək problemdir.

Ona görə də gedib az Toralı, Rüfəti linç edin.

Problemin kökü buradadır – ağzımızın içində. Gözümüzü açıb görmək qalır. Onu həll etməyincə ən yaxşı halda Mahir Emreli görə bilərik.

Andorra, Lixtenşteyn önündəki performansını bayram etdiyimiz Emreli…

Fikirlərini bizimlə bölüş!

E-poçt ünvanınız yayımlanmayacaq. * işarəli sahələr mütləqdir.