Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Biz özümüzü aldatmaq yolunu seçmişik

Biz özümüzü aldatmaq yolunu seçmişik

Bakıda keçirilən U-15 dünya çempionatı bu gün başa çatır. Yerli mütəxəssislərin haqqında bəh-bəhlə "gələcəyimizin xilaskarları" dedikləri Azərbaycanın U-15 millisi isə çempionatı 84-cü yerdə bitirdi.

Son oyunda Əfqanıstana – Talibanın komandasına uduzdular. Zatən daha əvvəl də başı müharibələrdən ayılmayan İsraildən başqa, heç bir ciddi komandanı məğlub edə bilməmişdilər.

Cəbəllütariq, Mozambik, Andorra, Timor-Leste kimi komandaları məğlub etmək üçün heç peşəkar futbolçu olmağa da ehtiyac yoxdur.

"Gələcəyimizin xilaskarları, Azərbaycan futbolunun işıqlı gələcəyi" kimi təşbehlərə, əttökən ifadələrə gərək yoxdur.

Əslində, futbolda kim və ya nə olduğumuzu qansaq, bəlkə, doğrudan da, işıqlı gələcək üçün lazım olan addımları atmaq olar. Amma biz özümüzü aldatmaq, ələ salmaq yolunu seçmişik.

Fikirlərini bizimlə bölüş!