Deyir 6 aydı “sabahlarla” qidalandırığı, ac-yalavac qoyduğu “Bakı” “akademiyasının” yetirmələrinin hər birinə görə “Qarabağ” və “Simurq” 1 milyon ödəməlidi. Adamın rəsmən 3 futbol klubu var, amma hələ də bilmir ki, 23 yaşı tamam olmayanlara görə yetişdirən kluba kompensasiya heç bir halda bu qədər “şişirilə” bilməz. Məsələn “Şaxtyor” və “Dinamo Kiyev” kimi AKADEMİYAların yetirmələrinə görə 15-20 min ödənilir.
Birdə qayıdıb soruşan yoxdu ki, ay “Hafka” indiyədək hansı 23 yaşadək futbolçunun transferinə görə yetişdiyi kluba təzminat ödəmisən??? Bildiyimi qədər ən azı 3 belə hal olub. Əziz Qulyevə görə “Alaniya”, Novruz Məmmədova görə “İnter”, Elvin Məmmədova görə “Turan”a qara qəpik çatmayıb…
“Hafka”nın sözü küləyə üfürməkdə özündən də mahir, istefada olan(olmayan) icarçı direktoru Yaşar Seyidovun basıb-bağladıqları haqda isə ayrıca danışmaq gərəkdi…




Fikirlərini bizimlə bölüş!