Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Böyümək pro max

Azərbaycan futbolunun pozitiv nonsesi “Qarabağ” tarixi uğura nail oldu. Çempionlar Liqasının pley-off mərhələsinədək yüksəlmək möhtəşəmdir.

12 ildir ən azı avrokubokların qruplarına qalan “atlılar” bu ilki nəticə ilə bəlkə də bir qərinə yenilənməsi namümkün nəticəyə imza atdı.

Bunlar sırf “Qarabağ”ın uğurudur. Son illər bu uğurlar miqyası genişləndikcə ənənəvi jurnalistikaya xas olmayan tərzdə yazılarımız çox oldu – “Təşəkkürlər!”, “Əhsən!” və s. bəlağətli ifadələrlə uğurların şəninə tərif yazdıq. Halal xoşunuz!..

“Böyümək” isə analoji başlıqlarda ən çox işlənən ifadə idi.

Həm “Qarabağ”, həm Qurban Qurbanov ölkə futbolunun potensialının pikini aşan nəticələri dəfələrlə əldə etdi. Ancaq bu illər bizə bir həqiqəti də anlatdı. Bir yerə qədər…

Sanki o yerdən sonra yerin mantiyası kimi bir mərhələ başlayır və biz ora heç cür keçə bilmirik.

O temperatura uyğunlaşmaq üçün isə artıq nonses olmaq da kifayət etmir…

Böyüməyin yeni etapına keçməkdir çarə bəlkə də.

Bundan sonra bilirsiniz nə maraqlıdır?

Görəsən “Qarabağ” Qurbanovsuz necə olacaq? Yaxud Qurbanov ölkə hüdudlarını aşsa, hər ikisi üçün necə olacaq?

Vəziyyətə görə mücərrəd sualdır, lakin böyüməyin davam etməsi üçün addım atmağın məqamıdır.

Oyunun şərhçisi Tural Dadaşov Elvinin qoluna, “Elvin pro max” reaksiyası/mübaliğəsi öz freşliyi ilə bu ideyaya işıq saçır. Bəlkə artıq “Böyümək pro max”, hm?…

Fikirlərini bizimlə bölüş!