Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Bu “Qarabağ” qrupda qalmasın!

Etiraf edirəm ki, "Sent-Etyen"lə oyunda böyük ölçülü Azərbaycan bayrağının stadiona gəti-rilməsi, dahi Üzeyir Hacıbəyovun ölməz musiqisinin sədaları altında həmin bayrağın əldən-ələ gəzməzi bütün emosiyalarımı üstələyib. Belə gözəl görüntülərdən sonra duyğulanma-maq, fikrini yenidən oyuna cəmləmək çox çətindi. Həmin axşam biz fransızlarla oyuna 1:0 öndə başlamışdıq. Uğura ac, qələbəni daha çox istəyən azarkeşlərin duaları və enerjisi bir andaca "Qarabağ"ın formasıyla meydana çıxan futbolçulara da keçmişdi. Halal olsun, uşaqlar! Meydana sonradan çıxan təcrübəsiz Namiq Ələsgərovdan tutmuş Reynaldoya qədər hamısı savaşdı, fransızları öz qapılarının həndəvərinə toplaşmağa, böyük qüvvəylə müdafiə olunmağa məcbur etdik.

İndi əlimizi əlimizə vurur, qələbə qazana bilmədiyimizə görə təəssüflənirik. Halbuki oyuna qədər 1 xala da razı idik, "heç olmasa, uduzmayaq" düşüncəsinin əsirinə çevrilmişdik. Son dünya çempionatında Kosta Rikanın çıxışını xatırlatmaq artıq xeyli çeynənmiş mövzudu. Həm də ki "Qarabağ"ın avrokuboklarda tam başqa oyun sərgiləməsi, qarşısındakı rəqibin adın-dan, hansı ölkənin təmsilçisi olmasından çəkinməməsi başqa fəlsəfənin məhsuludu. İnandı-rım sizi, bu "Qarabağ" həftəsonu "Simurq"a məğlub ola da bilər. Mümkün məğlubiyyət belə "köhlən atlar"ın gücünə inamı sarsıtmamalıdı.

Fransanın avrokuboklardakı təmsilçisini 90 dəqiqə ərzində bir neçə dəfə o dünyaya göndərib, geri qaytarmaq, Avropanın məşhur idman nəşrlərinin tanınan imzalarından samballı təriflər almaq sıradan olay deyil. Unutmayaq ki, neynəsək də, üzümüzü hara çevirsək də, Azərbaycan futbolunun imici Avropada "cırtdan" ölkə-lərlə eyni səviyyədədi. Heç kim bizi ciddi qəbul etmək, Azərbaycan futbolundan ehtiyatlanmaq fikrində deyil. Sağ olsun Berti Foqts və onun AFFA-dakı havadarları…

"Qarabağ"ın sayəsində həmin aşağılayıcı baxışları az da olsa, dəyişməyə, fransızları və rusları haqqımız-da hörmətlə danışmağa məcbur edə bilmişik. Qalır bu uğurun davamını gətirmək, Ağdam ko-mandasının yer aldığı F qrupunun autsayderi olmadığını əməldə də isbatlamaq. Kiyevdə keçi-rilən "Dnepr" – "İnter" qarşılaşmasının 2-ci hissəsini izlədim. Əminəm ki, "Qarabağ" hər iki rəqiblə layiqincə oynamağı, hətta bu komandalardan xal(lar) almağı bacaracaq. Yetər ki, "Sent-Etyen"lə oyun yaxşı təhlil olunsun, "biz niyə qol vura bilmədik" sualının cavabına ən doğru cavab tapılsın.

Qapalı futbola üstünlük verən fransızlarla oyunda 3-4 qol imkanı yaxalamaq yetərincə ciddi göstəricidi. Fiziki və psixoloji baxımdan lazımınca hazırlıqlı olmalısan ki, azsaylı im-kanlardan maksimum yararlana biləsən. Reynaldonun qaçırdığı məlum imkan yadınızdadı? Hə-min imkanı 90 faizlik qol adlandırmaq olar. Qalırdı "çərçivə"yə effektli zərbə vurmaq. Canı-mız-gözümüz Reynaldo bunu bacarmadı, topu tirin üzərindən aşırdı. Ən əsas problem odu ki, "Qarabağ"ın ön xətdə yer alan futbolçuları cərimə meydançasının həndəvərində o qədər də yaxşı anlaşa bilmir, son anda daha əlverişli mövqedə olan komanda yoldaşını "görmür-lər". Sanki hamı zəfər qoluna özü imza atıb, adını tarixə yazdırmağa çalışır. Bizə möhtə-şəm hisslər yaşadan, fransızların gözünün odunu alan futbolçular haqda indidən tənqidi tonda söz açmaq istəmirəm. Hər halda, bizim gördüyümüz nöqsanları onlar da, uğurun şəksiz memarı Qurban bəy də gördü. Cərimə meydançasında xəsislik etməmək müasir futbolun vacib şərtlərindən biri, bəlkə də birincisidi. Növbəti oyunlarda bu dərdə də əlac tapılsa, "köhlən atlar"ın bizi qələbəylə sevindirəcəyi gün də uzaqda deyil.

Rəqiblərin adından qorxduğumz günlər artıq keçmişdə qalıb. Qoy onlar bizdən qorxsunlar. "Dnepr"in Ukrayna təmsilçisi olmasına aldanmayaq. Doğma meydanından qaçaq düşən Ukrayna-nın vitse-çempionunu hər iki oyunda məğlub etmək mümkündü. Heç "İnter" də "əjdaha" deyil. Bəlkə də A seriyasında işlərin gedişindən və qrupumuzdakı vəziyyətdən asılı olaraq, mükündü ki, milanlılar Bakıya zəifləmiş heyətlə gələrək özlərini qorumağa çalışacaqlar. Odu ki, başqalarını boş verib, öz oyunumuzdakı nöqsanların həllinə çalışaq. Reynaldo, Vüqar, Dias və başqaları rəqibin qapısı qarşısında bir-birini dəstəkləsinlər, ötürmə versinlər. Belədə qələbələr də özünü gözlətməyəcək. Çalışın, igid "Qarabağ"lılar. Biz dəstək verək, siz də qol vurun ki, "Qarabağ" qrupda qalmasın!

Amal ABUŞOV

Fikirlərini bizimlə bölüş!