Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Bəzən danışmaqdan çeynəmək yaxşıdı…

"Bakılı oğlanlar" klubunun məşhur üzvlərindən olan Bəhram Bağırzadənin azərbaycanlı futbolçulara ünvanlanmış ittihamları bəzilərinin xətrinə dəyib. Millinin kapitanı Rəşad Sadıqov Bağırzadənin sözlərinə mətbuat vasitəsiylə cavab vermək istəməyib, onun özüylə söhbət etməyə çalışacağını bildirib. Oxşar vəziyyət mənə də tanışdı.

Cəmiyyətimiz tənqidə o qədər dözümsüzdü ki, kimisə sərt tənqid edəndə, həqiqəti bir az açıq formada dilə gətirəndə hər kəs heyrətə düşür. Bitərəf qalmağa çalışanlar haqqı deyəni dəstəkləmək əvə-zinə, üzlərinə müdrik ifadə verib "tənqidin bir az ağır olub" deyir. Hədəfdə olanlar isə əllərində olan bütün təzyiq vasitəsiylə həqiqəti deyənlərin üzərinə psixoloji hücuma keçirlər. Sanki bu ölkədə həqiqəti sərt şəkildə ifadə etmək, kimisə açıq formada tənqid etmək qadağandı.

Məsələnin siyasi-ictimai tərəflərini bir kənara qoyuram. Hərgah idman da elə ictimai həyatın bir hissəsidi. İnsanlar siyasi sferada başverənlərə necə etinasızdısa, futbol camiəsindəki nöqsanlara, milyonların göyə sovrulmasına, ölkə futbolunun yerlər-də sürünməsinə də eyni laqeydliklə yanaşır. "Filan məşqçi toxunulmazdı", "filan futbolçu bizim qürurumuzdu" psixologiyası beyinlərdə dərin kök salıb.

Gürcü Şota Arveladze qardaşı Arçillə birlikdə futbolçu kimi bütün Avropaya səs salmış-dı. Butslarını mıxdan asandan sonra məşqçiliyə başlayan Şota bu sahədə də yetərincə uğurludu. Türkiyə çempionatıyla maraqlanan Arveladzenin çalışdırdığı "Kasımpaşa"nın uzun müddət liderlər qrupunda yer aldığından, avrokuboklara vəsiqəni son turda əldən ver-diyindən xəbərdardı. Bəs hanı bizim Şotamız? Yoxdu! Təsəvvür edin, bizdə Şotanın qazan-dığı uğurların yarısının yarısını əldə edə bilən mütəxəssis olsaydı, indi ona heykəl qoymağa hazırlaşardıq.

Bizdə beləsi yoxdu, amma perespektivinə inandıqlarımız var. De-yirik, yazırıq, istəyirik ki, inandıqlarımız da bir az başlarını tərif burulğanından ayırıb ətrafa baxsınlar. Arzulayırıq ki, azərbaycanlı çalışdırıcılar və futbolçular dar çərçivələri yarıb evin içində rahat pul qazanaraq, gün keçirmək azarından xilas olsun-lar. Hələ ki cəhdlərimiz fayda vermir. Mətləbdən uzaqlaşmayım. Prinsipcə elə mənim de-diklərimlə Bəhram Bağırzadənin ittihamlarının kökündə oxşarlıq da var. Bəhram bəy çoxlarının ümumi şəkildə düşündüklərini konkret ifadəylə dilə gətirib. Onsuz da hamı ürəyinin dərinliklərində azərbaycanlı futbolçuların layiq olmadıqları paraları qazan-dıqlarını bilir. Rəşad Sadıqovun komanda yoldaşı Qara Qarayev gəncliyinə salıb, Rəşad kimi soyuqqanlı davrana bilməyib. Çalışıb ki, Bağırzadənin sözlərinə cavab versin, özünü təmizə çıxrsın. Bacarıbmı? Axı necə bacarsın?

Həqiqətin cəmi bir üzü var. Tək Qara yox, millinin bütün futbolçuları almaniyalı məşqçiləriylə birlikdə yığışıb gəlsələr, hə-min həqiqəti inkar edə bilməzlər. Qara iddia edir ki, millinin formasını geyənlər seçil-mişlərdi, buna görə də onlar fantastik məbləğdə pul qazanmağı haqq edirlər. Mən isə iddia edirəm ki, bu ölkənin dörd bir yanında hazırkı yığma üzvlərinin hamısından qat-qat iste-dadlı uşaqlar var. Sadəcə, diqqətsizlik, düzgün seçim aparılmaması, bölgədə yaşayan vali-deynlərin məişət qayğılarına yenik düşüb, övladlarının istedadına əhəmiyyət verməmə-si kimi səbəblər üzündən vəziyyət belədi. Ayağı bir az top tutanlar sinələrini irəli verib özlərini seçilmiş sayırlar. Sözüm heç onda da deyil.

Lap deyək ki, olanımız budu və indiki futbolçu nəsliylə kifayətlənib, onları qiymətlən-dirməliyik. Bəs müəllimin və həkimin ayda 100-200 manat məvacib aldığı ölkədə gürcülər-dən və ermənilərdən belə qat-qat zəif olan futbolçuların milyonlara sahib olmasına necə izah verək? Özü də bu həmin futbolçulardı ki, Lüksemburq və Andorra kimi "cırtdan" ölkə-lərin həvəskarlardan ibarət yığmalarıyla belə bacara bilmirlər. Rəqibin kimliyindən asılı olmayaraq, qol vurmağa çətinlik çəkən, ardıcıl iki düzgün ötürmə verə bilməyən, bi-rinci hissədə qol buraxmamağıyla fəxr edənlər nə vaxtdan qiymətli futbolçu sayılır? Hər-dən mənə elə gəlir ki, millinin üzvləri iştirak etdikləri oyunların videoyazılarına bax-mırlar. Yoxsa meydandakı səhvlərinə, rəqib qarşısında necə aciz göründüklərinə baxıb bir az utanardılar. Qara Qarayevin əliqabarlı neftçilərin əməyini ucuz tumağa çalışması-na, futbolçuların layiq olmadıqları paraları qazanmasına haqq verməsinə çox təəssüfləndim. Saqqız reklamlarının birində deyildiyi kimi, "bəzən danışmaqdan çeynəmək yaxşıdı". Azərbaycanda neftçilərlə futbolçuları müqayisə etmək mümkünsüz işdi, Qara. Birinci-lərin əlləri neftə-mazuta bulaşdığından qara olur, amma çöhrələri təmiz, başları dikdi. İkincilərin isə əllərində, geyimlərində həmin neftin pullarının parıltısı olsa da, üzlərində acı məğlubiyyətlərin qarası var.

Fikirlərini bizimlə bölüş!