O vaxt Oser’də millimizə toy tutmuş fransızlar indi müxtəlif peşələrin yiyəsidi. Leböf və Jinola aktyor, Corkayeff musiqiçi, Dyuqarri və Lizarazyu teleşərhçi, Desayi YUNİSEF’in xoşməramlı səfiri olub. Aralarında az bir qismi məşqçilklə futbolda qalıb ki, bunlardan top-mütəxəssisə çevrilmiş Zidan və Deşam var.
Bizimkilərə gəldikdə isə həmin biabırçılıqda meydana çıxmış 14 futbolçunun bu gün hamısı bir nəfər kimi, Allah qoymasa, məşqçilik edir 🤦♂️
Veteran futbolçulara mütləq iş verilməlidi, məşqçi olmalıdılar anlayışı ancaq bizdə var! Hansı xidmətlərinə, nailiyyətlərinə görə onlara borcluyuq, bunu bilən yoxdu?!
Günümüzdə baş məşqçi, köməkçi məşqçi və uşaq məşqçisi olan Oser ‘fatehləri’:
Tərlan Əhmədov, Arif Əsədov, Şahin Diniyev, Yunis Hüseynov, Mahmud Qurbanov, Elxan Həsənov, Emin Ağayev, Rasim Abuşev, Samir Ələkbərov, Vyaçeslav Qədirov, İqor Getman, Müşfiq Hüseynov, Nizami Sadıqov, Vyaçeslav Lıçkin.




Fikirlərini bizimlə bölüş!