Cabir İbrahimov “Gəncəbasar”da – EKSKLÜZİV

1 minute
Cabir İbrahimov “Gəncəbasar”da – EKSKLÜZİV — illüstrasiya

Azərbaycan futboluna iddialı gəlmək istəyən “Gəncəbasar”da hazırda əsas diqqət struktur dəyişikliklərə yönəlib. Hər şeydən əvvəl peşəkar idarəetmə sistemi qurmaq istəyən klubun sahibləri tanınan futbol funksionerlərini işə cəlb etmək istəyirlər.

AZFUTBOLun əldə etdiyi informasiyaya görə “Kəpəz”in İdarə Heyətinin sabiq sədri İlqar Nadiri ilə yanaşı Cabir İbrahimov da “Gəncəbasar” rəhbərliyində yer alacaq. “Kəpəz”dəki fəaliyyəti ilə önə çıxan İbrahimov, İlqar bəylə birlikdə Gəncə klubunu az büdcə ilə ayaqda saxlayanlardan, əsas sütünlardan olub.

Onların dövründə klubun idarəçilik sistemində stabillik görünüb. Formalaşan strukturda peşəkar kadrlar çalışıb.

Sponsorsuz komandanın uğursuz nəticələri kənardan davamlı təzyiq yaratsa da, bu ikili bütün sınaqlardan üzüağ çıxmağı bacarıb. O vaxtlar indiki qədər pulu olmayan “sarı-göylər” çempionatın finişinə 7-8 tur qalmış elitada yerini təmin edib. 

Cabir İbrahimov “Gəncəbasar”da – EKSKLÜZİV — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!