Jurnalist Rasim Əliyev qəsdən öldürülməyib və döyənlərdən çox həkimlərin cinayətkar məsuliyyətsizliyi sayəsində həyatını itirib. Buna rəğmən məhkəmə bərbad gündə olan səhiyyəmizin “aslarına” gözün üstə qaşın var deməyib. Hirsini axmaq hərəkətə yol verərək həyatları onsuzda məhv olan gəncliyin üstünə töküb. Göstərişi möhkəm alan hakim “sivil dünyaya, demokratik Avropaya “ədalətini” göstərmək eşqiylə” 6 gəncə üs-üstə 58,6 il iş kəsib! Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Halbuki hərəsi bir adam öldürsə, bu qədər iş düşmür… Ötən ilin ən yaxşı futbolçusu Cavid Hüseynova isə 4 il hökm oxunaraq, karyerasına rəsmən son qoyulub! (307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə). Şəhid oğlu həbsdən çıxanda 31-32 yaşı olacaq, 4 illik fasilənin ardından bu yaşda peşəkar futbola qayıtmaq real sayılmır.
Cavidi rəsmən bitirdilər…




Fikirlərini bizimlə bölüş!