Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Çertoqanovun komandanı olduğu 976 nəfərlik legion

Azərbaycan milli çempionatında legionerlərin sayı, rekordçular və dəyişən limit

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "1992-2016-cı illərdə keçirilən Azərbaycan çempionatlarında çıxış etmiş legionerlərlə bağlı statistik məqamların üzə çıxarılması” layihəsində silsilə yazıları davam etdiririk. Bu dəfəki yazımız indiyədək Premyer Liqada (əvvəlki güclülər dəstəsi) neçə legionerin oynaması, onlar arasında ən çox oyun keçirənlərin, ölkəmizdə daha çox mövsüm duruş gətirənlərin siyahısının tərtib olunması və legioner limitinin mövsümlər üzrə dəyişilmə dinamikası ilə bağlıdır.

Legionerlər bütün futbolçuların heç yarısı olmayıb

1992-ci ildən keçirilən Azərbaycan milli çempionatında indiyədək 2756 futbolçu çıxış edib. Onlardan 1780-i yerli futbolçulardırsa, 976-ı milliləşdirilən də daxil olmaqla legionerlərdir. Göründüyü kimi, əcnəbi futbolçuların 1000 olmağına az qalıb. Bu sayın qarşıdakı 2016/17 mövsümündə qeydə alınacağı şübhə doğurmur. Legionerlər bütün futbolçuların faiz etibarilə 35,41%-ni təşkil edir.

Ən çox oyun keçirən 25 legioner

1. Aleksandr Çertoqanov (Ukrayna) – 292 oyun

2. Arif Daşdəmirov (Rusiya) – 263 oyun

3. Viktor İqbekoyi (Nigeriya) – 247 oyun

4. Vladimir Levin (Ukrayna) – 231 oyun

5. Usim Nduka (Nigeriya) – 208 oyun

6. Georgi Adamiya (Gürcüstan) – 198 oyun

7. Denis Silva (Braziliya) – 193 oyun

8. Tagim Novruzov (Rusiya) – 188 oyun

9. Ansi Aqolli (Albaniya) – 172 oyun

10. Admir Teli (Albaniya) – 171 oyun

11. Fabio Luis Ramim (Braziliya) – 149 oyun

12. Radomir Todorov (Bolqarıstan) – 149 oyun

13. Əziz Quliyev (Rusiya) – 144 oyun

14. Vadim Borets (Moldova) – 140 oyun

15. Junivan Suares (Braziliya) – 139 oyun

16. Aleksandar Şoliç (Xorvatiya) – 137 oyun

17. Viktor Kulikov (Ukrayna) – 135 oyun

18. Branimir Subaşiç (Serbiya) – 134 oyun

19. Bədavi Hüseynov (Rusiya) – 133 oyun

20. Flavio Aleks Valensio (Flavinyo, Braziliya) – 133 oyun

21. Badri Kvaratsxeliya (Gürcüstan) – 132 oyun

22. Luiz Paulo Hilario (Dodo, Braziliya) – 131 oyun

23. Baçana Sxadadze (Gürcüstan) – 129 oyun

24. Qoqa Beraya (Gürcüstan) – 129 oyun

25. Branislav Çervenka (Çexiya) – 129 oyun

Siyahıda Azərbaycan yığmasının da uzun illər şərəfini qorumuş 36 yaşlı milliləşdirilən ukraynalı yarımmüdafiəçi Aleksandr Çertoqanovun liderliyi diqqət çəkir. Maraqlıdır ki, onun ən yaxın izləyicisi də yığmamızda oynamış milliləşdirilən legioner – Arif Daşdəmirovdur. Ümumiyyətlə, ilk "25-lik"də belə statuslu futbolçu az deyil. Digər milliləşdirilın legionerlər Vladimir Levin, Usim Nduka, Tagim Novruzov, Əziz Quliyev, Branimir Subaşiç, Bədavi Hüseynov və Badri Kvaratsxeliyadır. Yəni 25 legionerdən 9-u milliləşdirilənlərdir. 100-dən çox oyun keçirən legionerlərin sayı 53-dür. 46 legioner isə cəmi 1 matçda oynayıb.

Ən azı 8 mövsum keçirənlər

Çertoqanovla Daşdəmirov mövsümlər üzrə də liderdirlər. Milliləşdirilən ukraynalı futbolçu 2004-cü ildən bu yana bütün mövsümlərdə fasiləsiz oynayıb. Milli çempionatımızda da legioner axını məhz həmin ildən başlayıb. Əliyar İsmayılov 8 mövsum oynasa da, 100-dən az – 98 matç keçirib. 976 legionerin 610-u isə cəmi 1 movsum oynayıb. Bu da 62,5 faizi təşkil edir.

1. Aleksandr Çertoqanov (Ukrayna) – 12
2. Arif Daşdəmirov (Rusiya) – 11
3. Vladimir Levin (Ukrayna) – 11
4. Tagim Novruzov (Rusiya) – 11
5. Viktor İqbekoyi (Nigeriya) – 10
6. Georgi Adamiya (Gürcüstan) – 9
7. Denis Silva (Braziliya) – 9
8. Əziz Quliyev (Rusiya) – 9
9. Usim Nduka (Nigeriya) – 8
10. Fabio Luis Ramim (Braziliya) – 8
11. Qoqa Beraya (Gürcüstan) – 8
12. Əliyar İsmayılov (Rusiya) – 8

Rekordçu ən çox oynadığı klubda uğur qazanmayıb

Çertoqanov 12 mövsümdə 6 klubda oynayıb. Futbolçunun Azərbaycan karyerası daha çox "Sumqayıt"a bağlıdır. O, 292 oyundan 84-nü son 3 mövsümdə şərəfini qoruduğu bu klubda keçirib. Ancaq Çertoqanov "Bakı", "Neftçi", "Simurq" və "İnter"dən fərqli olaraq "Sumqayıt"da uğur qazana bilməyib. Onun titulları – çempionluq "İnter"lə, kubok "Bakı" ilə bağlıdır. "Neftçi" ilə çempionatımızın gümüş və bürünc, "Simurq"la yalnız bürünc medalını qazanıb.

Aleksandr Çertoqanovun Azərbaycan karyerası

2004/05 mövsümü
"Bakı" – 24 oyun (2 qol)

2005/06 mövsümü
"Neftçi" (Bakı) – 25 oyun

2006/07 mövsümü
"Neftçi" (Bakı) – 19 oyun

2007/08 mövsümü
"Neftçi" (Bakı) – 22 oyun

2008/09 mövsümü
"Neftçi" (Bakı) – 6 oyun
"Simurq" (Zaqatala) – 9 oyun

2009/10 mövsümü
"İnter" (Bakı) – 25 oyun

2010/11 mövsümü
"İnter" (Bakı) – 29 oyun (1 qol)

2011/12 mövsümü
"Qəbələ" – 28 oyun (2 qol)

2012/13 mövsümü
"Qəbələ" – 21 oyun (1 qol)

2013/14 mövsümü
"Sumqayıt" – 31 oyun

2014/15 mövsümü
"Sumqayıt" – 29 oyun (1 qol)

2015/16 mövsümü
"Sumqayıt" – 24 oyun

Ən çox klub dəyişənlə rekordçu komanda yoldaşı olub

Təbii ki, yerli futbolçular kimi, legionerlər də tez-tez klub dəyişiblər. Bunlar arasında mütləq rekordçu Tagim Novruzovdur. Bu yarımmüdafiəçinin 28 yaşı olsa da, artıq 11 ildir milli çempionatımızın iştirakçısıdır. Novruzov bu müddətdə 9 klubda oynayıb. O, oyun sayında rekordçu Çertoqanovla "Sumqayıt"da 1 mövsüm – 2014/15 mövsümündə komanda yoldaşı olub.

Nigeriyalı müdafiəçi Erik Obidike cəmi 43 matç oynasa da, 4 klubda çıxış edir. Moldovalı hücumçu Anatoli Doroş isə heç 100 matç meydanda olmayıb, cəmi 91 oyun keçirib və 5 klub dəyişib.

4 və daha çox klubda oynayanlar

1. Tagim Novruzov (Rusiya) – 9 klub

2. Aleksandr Çertoqanov (Ukrayna) – 6 klub

3. Arif Daşdəmirov (Rusiya) – 6 klub

4. Əziz Quliyev (Rusiya) – 5 klub

5. Anatoli Doroş (Moldova) – 5 klub

6. Viktor İqbekoyi (Nigeriya) – 4 klub

7. Georgi Adamiya (Gürcüstan) – 4 klub

8. Aleksandr Qoqoberişvili (Gürcüstan) – 4 klub

9. Sergey Sokolov (Rusiya) – 4 klub

10. Branimir Subaşiç (Serbiya) – 4 klub

11. Anxel Qustavo Qutyerres (Uruqvay) – 4 klub

12. Muammer Ərdoğdu (Türkiyə) – 4 klub

13. Leonardo Roşa Da Silva (Braziliya) – 4 klub

14. Daniel Axtyamov (Rusiya) – 4 klub

15. Mirzağa Hüseynpur (Rusiya) – 4 klub

16. Erik Obidike (Nigeriya) – 4 klub

Tagim Novruzovun Azərbaycan karyerası

2005/06 mövsümü

"Şahdağ" (Qusar) – 2 oyun

2006/07 mövsümü
"Qarabağ" (Ağdam) – 10 oyun
"Simurq" (Zaqatala) – 9 oyun (1 qol)

2007/08 mövsümü
"Turan" (Tovuz) – 12 oyun (1 qol)
"Qarabağ" (Ağdam) – 4 oyun

2008/09 mövsümü
MOİK (Bakı) – 10 oyun
"Qarabağ" (Ağdam) – 1 oyun

2009/10 mövsümü
"Muğan" (Salyan) – 27 oyun

2010/11 mövsümü
"Muğan" (Salyan) – 27 oyun (2 qol)

2011/12 mövsümü
"Rəvan" (Bakı) – 23 oyun (5 qol)

2012/13 mövsümü
AZAL (Bakı) – 29 oyun (1 qol)

2013/14 mövsümü
"Simurq" (Zaqatala) – 10 oyun

2014/15 mövsümü
"Sumqayıt" – 3 oyun

2015/16 mövsümü
AZAL (Bakı) – 21 oyun (2 qol)

Legioner limitinin inkişaf dinamikası

Azərbaycan milli çempionatı yarandığı vaxtdan legioner limiyi olub. Bu, Fuad Musayev AFFA-nın prezidenti olduğu 1992-2004-cü illərdə stabil olaraq 3 olub. Ancaq AFFA-da rəhbər dəyişikliyindən sonra limitdə də dəyişiklər çox olub. Peşəkar Futbol Liqası yarandığı vaxtdakı ilk 2 ildə – 2008/09 və 2009/10 mövsümlərində limitin ümumiyyətlə, götürülməsi yadda qalıb. Son 4 mövsümdə isə yerli futbolçulardan ən azı 1-nin 21 yaşadək olması klublar qarşısında şərt qoyulub.

1992-2004-cü illər – 3
Eyni vaxtda meydanda maksimum 3 legioner ola bilər.

2004/2005 mövsümü – 5+2
Eyni vaxtda meydanda maksimum 5 legioner ola bilər. Oyunun protokoluna daha 2-nin adı daxil edilə bilər ki, onlar yalnız legioneri əvəz edə bilər.

2005/06 mövsümü – 5
Eyni vaxtda meydanda və oyunun protokolunda maksimum 5 legioner ola bilər.

2006/07 mövsümü – 3+2
Eyni vaxtda meydanda maksimum 3 legioner ola bilər. Oyunun protokoluna daha 2-nin adı daxil edilə bilər ki, onlara yalnız legioneri əvəz edə bilər.

2007/08 mövsümü – 5+2
Eyni vaxtda meydanda maksimum 5 legioner ola bilər. Oyunun protokoluna daha 2-nin adı daxil edilə bilər ki, onlara yalnız legioneri əvəz edə bilər.

2008-10-cü illər – limit olmayıb

2010/11 mövsümü – 8+3
Meydanda minimum 3 yerli futbolçu olmalıdır.

2011/12 mövsümü – 8+3
Meydanda minimum 3 yerli futbolçu olmalıdır.

2012/13 mövsümü – 7+4
Meydanda minimum 4 yerli futbolçu, bunlardan da 1-i mütləq 21 yaşadək olmalıdır.

2013/14 mövsümü – 7+4
Meydanda minimum 4 yerli futbolçu, bunlardan da 1-i mütləq 21 yaşadək olmalıdır.

2014/15 mövsümü – 6+5
Meydanda minimum 5 yerli futbolçu, bunlardan da 1-i mütləq 21 yaşadək olmalıdır.

2015/16 mövsümü
Meydanda minimum 5 yerli futbolçu, bunlardan da 1-i mütləq 21 yaşadək olmalıdır.

Fikirlərini bizimlə bölüş!