Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Dəyərinizə dəyər verin!

"Neftçi" Nazim Süleymanova mədəni şəkildə qapını göstərəndə fikirlərimi sizinlə bölüşmüşdüm. Yazmışdım ki, klub rəhbərliyi futbolun təməl prinsiplərini heçə sayır, ona tüpürür. Yazmışdım ki, "Neftçi" bu heyətlə titulunu qoruya bilməyəcək və Nazim bəy demişkən, ko-manda mütləq güclənməlidi. Amma mütəxəssisin bu və digər istəklərini qulaqardına vuran Sadıq Sadıqovla Tahir Süleymanov futbol ictimaiyyətinə "bu heyət də yetərlidi" mesajı göndərdi.

Yadımdadı, həmin köşə yazım işıq üzü görən gün, yəni yanvarın 10-da əvvəlcə dəyərli qardaşımız Gündüz Abbaszadə, "Sumqayıt"a son yenilgidən sonra yetirmələrini intihara dəvət edən (?!) Böyükağa bəy və nəhayət, Süleymanov məni qərəzli yanaşmada suçladı. Abbaszadə ilə Süley-manov hətta redaksiyamıza gəlib, addımlarının düzgün olduğunu əsaslandırmağa çalışdı. Ta-hir bəyin təxminən iki səhifəyə sığan müsahibəsini də yəqin ki, xatırlayırsız. Vitse-prezi-dentin dediklərini indi sadalamaq fikrindən uzağam. Müsahibədən yalnız bu önəmli çıxa-rışları yada salım, gerisinə siz qərar verin: "Neftçi"nin transferə ehtiyacı yoxdu. Bu ko-manda son üç ilin çempionudu. Bizim arazlarımız, elvinlərimiz, cavidlərimiz, mirhüseynlə-rimiz var. Bu futbolçularla titulumuzu qoruyacağıq. Buna heç kimin şübhəsi olmasın…"

Əlbəttə, Süleymanovdan fərqli, onu sual atəşinə tutan bizlər bu açıqlamaların "Neftçi"nin pe-şəkarlıqla uzlaşmayan addım(lar)ını "sığortalamaqdan" başqa bir şey olmadığının fərqinə varırdıq. Amma vitse-prezident dediyindən dönmədi və mövsümün sonunu gözləməyi məsləhət gördü. Yox, Tahir bəy, biz daha bir ay dözə bilmərik. Xalqın komandası, flaqmanı sayılan "Neftçi"nin bu gün üzləşdiyi durumu sakit qarşılamaq futbolun təməl prinsiplərinə tüpürmək olardı. Yersiz israrınızın nəticəsidi bugünkü sonluq. Qeyri-peşəkar addımlarınızın nəti-cəsidi "Sumqayıt"ın son üç ilin çempionunu kötəkləməsi. Futbolla az-çox maraqlananlar bunu öncədən təxmin etsə də, sizlər…

Bu gün aprelin 22-di. Premyer-liqanın sonuna 5 tur qalıb. Titulunu qoruyacağını əminliklə söylədiyiniz "Neftçi" 3-cü pillədə qərarlaşıb. Lider "Qarabağ"la aradakı xal fərqi 13-ə (!) bə-rabərdi. Komandanın hesabında 9 (!) məğlubiyyət var. 31 oyunda qapısından 38 (!) top buraxıb. Cocuqların toplaşdığı "Sumqayıt" 4 oyunda sizdən 7 xal (!) qoparıb. Tahir bəy, dayanım, yoxsa digər xoşagəlməz rəqəmləri də sadalayım? Hanı verdiyiniz vədlər? Harda qaldı növbəti çem-pionluq istəyi? Əziyyət çəkməyin, cavabını özüm deyəcəm. Öncədən reallıqla uzlaşmadığını bildiyimiz, sizin isə usanmadan təkrarladığınız utopik arzuların hamısı suya düşdü.

Özünü Azərbaycan türkü sayan, futbolla az-çox maraqlanan hər kəsin qəlbində "Neftçi"yə xüsusi sevgi var. SSRİ dönəmində çoxsaylı məğlubiyyətlərinə üzülüb, tək-tük qələbələrinə günlərlə sevinmişik. Şəxsən mən Borçalıda radionu "sazlayıb", bakılıların oyunlarının gedişindən xəbər tutmaq üçün dost-tanışla üz-göz də olmuşam. Radionun "içinə girmək" üçün qırırdıq bir-birimizi. Guya daha yaxın olanda "Neftçi" qələbə qazanacaqdı. Uşaq sadəlövhlüyü… Bu kluba hamı həssas yanaşır, onun problemlərini özünkü kimi qəbul edir və yeri gələndə çıxış yol-ları təklif edir. Siz klub rəsmilərinin borcu isə "Neftçi"nin halına acıyanların səsini eşitməkdi, onların dediklərini qulaqardına vurmaq yox!

İstefasından bir müddət öncə Nazim Süleymanovla bir verilişə dəvət almışdım. Sağ olsun, geri qayıdanda məni redaksiyanın həyətinə kimi gətirdi. Yolda maraqlı söhbətimiz baş tut-du. Ötənlərin məşhur futbolçusu komandada intizamsız, ipə-sapa yatmayan oyunçuların varlı-ğından gileyləndi. Konkret adlar üzərində dayansa da, onları heyətdən uzaqlaşdırmaq səla-hiyyətində olmadığını da səmimi şəkildə etiraf etdi. Nazim Süleymanov çapında birinin dünənki cocuqlarla bacarmadığını eşitmək çox ağır və düşündürücü idi. Və bir daha "Neft-çi"də baş məşqçinin əsas söz sahibi olmadığına məndə şübhə qalmadı…

Araz Abdullayevin istedadından da ağızdolusu danışdı Nazim bəy. Onunla tez-tez ünsiyyətdə olduğunu, daha da "artırması" üçün ölkəni tərk etməyi məsləhət gördüyünü dedi. Amma Araz buna o qədər də isti yanaşmayıb. Bu gediş və münasibətlə yanaşmayacaq da. Ən istedadlı yerli futbolçu saydığım biri "Neftçi"də yerini bərkidib. Rahat pulunu qazanır, yeri gələndə qoluna kapitan sarğısını taxırlar, oyunu alınmayanda birinə dirsək, o birinə təpik atır. Bir nəfə-rin ölümünə, digərinin şikəst olmasına səbəbkar olsa da, qardaşa "gözün üstə qaşın var" deyən yoxdu. İndi də deyilənə görə, Mahir Şükürov onu tələbəliyə götürüb. Zəngin və örnək götürüləsi həyat təcrübəsini tez-tez onunla bölüşür, dəyərli məsləhətlərini bir an belə əskik et-mir.

Görünür, Araz da istedadlı tələbələrdəndi. Böyük qardaşının və müəlliminin bölüş-düklərini o qədər tez qavrayır ki, Mahir özü peşman olub. Axı indi Araz "bir nömrə"di. Şükü-rov qalıb qıraqda, hamı yalnız Abdullayevdən danışır. "Superistedad" o qədər "artırıb" ki, indi də "Neftçi"nin halına acıyan, ürəyi yanan, tribunada boğazını yırtaraq komandanı irə-li səsləyən azarkeşi təhqir edir. Babası yaşda birini… İnanın, ən dəhşətlisi bu deyil. Fa-ciə rəhbərlik səviyyəsində "Neftçi"nin bu olaya klubun rəsmi saytı vasitəsilə reaksiya verməməsidi. Faciə dünənki cocuğun bugünədək etdiklərinə görə cəzasız qalmasıdı. Bundan da bö-yük faciə hansısa Avropa klubunun şərəfini qoruyacağına ümid etdiyimiz birinin pis vər-dişlərin məngənəsində sıxılaraq məhv olmasıdı. Günah isə bilindiyi kimi, cocuqda yox, onun müəllim(lər)ində olur. Və bütün bunlardan sonra hansı üzlə insanları sizə dəstək vermək üçün stadiona səsləyəcəksiz, hörmətli klub rəsmiləri?

"Neftçi" dünən də dəyər idi, bu gün də bir dəyərdi, sabah da dəyər olaraq qalacaq. Amma çox təəs-süf ki, bu gün quruca adı qalıb "Neftçi"nin. Bu gün yeni kök atan klublara nümunə göstərməkdə çətinlik çəkirəm "Neftçi"ni. Problem bəzi klub rəsmiləri və futbolçuların hansı dəyərə sahib olduqlarını hələ də dərk edə bilməməsindədi. Və nə qədər ki, dəyərinizə özünüz dəyər ver-məyəcəksiz, belə də davam edəcək.

Fikirlərini bizimlə bölüş!