Sabahdan bütün dünyanın diqqəti Braziliyaya yönələcək. Məlum olduğu kimi, iyunun 12-də futbol üzrə sayca 20-ci dünya çempionatı start götürəcək. Mundialın futbola ölkəsi kimi tanınan Braziliyada keçirilməsi turnirə əlavə rəng qatacaq. Artıq neçə vaxtdır ki, futbol ictimaiyyəti və azarkeşlər öz aralarında dünya çempionatı ilə bağlı proqnozlar verirlər. Son günlərdə bu diskussiyaların sayı daha da artıb.
Rekord.az azərbaycanlı futbol mütəxəssislərinin mundialla bağlı proqnozlarını sizə təqdim edir:
Həmsöhbətlərimizə 4 sual ünvanladıq:
1. Çempion kim olacaq?
2. Finalda kimlər üz-üzə gələcək?
3. Bombardir kim olacaq?
4. Turnirin sürpriz komandası kim olacaq?
Ağasəlim Mircavadov
1. Braziliya. Çünki həm ev sahibidir, həm də daha istəkli futbol oynayır. Yoxlama görüşlərində də inamlı təsir bağışladılar.
2. Braziliya – Almaniya. Bu komandalar DÇ-2002-də də üz-üzə gəlmişdilər və həmin vaxt Braziliya qalib gəlmişdi. Məncə, bu il də həmin ssenari təkrar olunacaq.
3. Fred. Çempion Braziliya olursa, bombardir də onların hücumçusu olmalıdır.
4. Belçika. Çünki heyətləri həm gəncdir, həm də təcrübəli.
Yunis Hüseynov
1. Braziliya
2. Braziliya – İspaniya
3. Lionel Messi
4. İran
Vəli Qasımov
1. İspaniya. Məncə onlar ardıcıl 2-ci dəfə dünya çempionu olmağı bacaracaqlar.
2. İspaniya – Hollandiya. Finala çıxmağa layiq komandalar çox olsa da, mən Hollandiyanı fərqləndirərdim.
3. Kriştianu Ronaldo
4. Kamerun
Nazim Əliyev
1. Braziliya. Həm ev sahibidir, həm də güclü komandadır.
2. Braziliya – Argentina. Məncə, finalın hər 2 iştirakçısı Cənubi Amerika təmsilçisi olacaq.
3. Neymar. Düzdür, onun son məşqlərdən birində zədə aldığı haqda xəbərlər yayılıb. Əgər Neymarın zədəsi ciddi olmasa, bombardir o olacaq. Əks təqdirdə isə Braziliyanın digər futbolçusu onun yerini tutacaq.
4. Qana. Bu yığma son vaxtlar dünya çempionatlarında yaxşı oyunu ilə seçilir. İndi də yaxşı formadadırlar. Bu mənada, Qananın sürprizə imza atacağını düşünürəm.
Vladislav Qədirov
1. Braziliya. Orada baş verən siyasi hadisələr braziliyalı futbolçulara əlavə motivasiya verəcək.
2. Braziliya – İspaniya.
3. Kriştianu Ronaldo
4. Rusiya. Məncə, onlar bu dünya çempionatında sürprizə imza ata biləcəklər.
Arif Əsədov
1. Braziliya. Güclü komandaların sayı çoxdur. Amma mən Braziliyanı bir pillə öndə görürəm.
2. Braziliya – Almaniya. Hər ikisi mundial komandasıdır.
3. Tomas Müller.
4. Belçika. Bilirəm ki, əksəriyyət bu yığmanın adını çəkib. Əgər başqasını deməli olsam, Xorvatiyanı qeyd edərdim.
Aslan Kərimov
1. Argentina. Yaxşı heyətləri var. Məncə, Braziliyada kuboku qazana biləcəklər.
2. Argentina – İspaniya.
3. Lionel Messi. Adətən o, dünya çempionatlarında özünü yaxşı tərəfdən göstərə bilmir. Amma mənə elə gəlir ki, Messi bu dəfə sözünü deyəcək.
4. Çili. Əslində mən də Belçikanın sürprizə imza atacağını düşünürəm. Amma təkrarçılıq olmasın deyə, Çilinin adını çəkirəm və bu komandanı da sürprizə imza atmağa qadir hesab edirəm.
Vidadi Rzayev
1. Braziliya
2. Braziliya – Almaniya
3. Neymar
4. Belçika
Kamal Quliyev
1. Braziliya. Aşkar favorit bu komandanı hesab edirəm.
2. Braziliya – Almaniya. Proqnozum tutsa, maraqlı final olacaq.
3. Halk. “Zenit”in heyətində son mövsümü yaxşı keçirdi. Məncə, dünya çempionatında da qollarını sıralayacaq.
4. Belçika. Bir çoxları kimi, mən də Belçikadan sürpriz gözləyirəm. Çünki heyətində istedadlı gənc oyunçular çoxdur.
Xaqani Məmmədov
1. Braziliya
2. Braziliya – İspaniya
3. Lionel Messi
4. Bosniya və Herseqovina
Ceyhun Sultanov
1. Braziliya
2. Braziliya – İspaniya
3. Fred
4. Xorvatiya
Aftandil Hacıyev
1. Argentina
2. Argentina – Braziliya
3. Lionel Messi
4. Belçika
Zaur Həşimov
1. Almaniya
2. Almaniya – Braziliya
3. Fred
4. Əlcəzair
Elmar Baxşıyev
1. Almaniya
2. Almaniya – Braziliya
3. Lionel Messi
4. Uruqvay
Gördüyünüz kimi, münasibətini öyrəndiyimiz 14 futbol adamından 9-u Braziliyanın çempion olacağını düşünür. Finalda Braziliyanın Almaniya ilə qarşılaşacağını gözləyənlər daha çoxdur. Həmsöhbətlərimiz arasında çoxu süpriz komanda qismində Belçikanı, bombardir kimi isə Lionel Messini görür.




Fikirlərini bizimlə bölüş!