"Neftçi"nin vəziyyəti illərdi ürək ağrısıdır.
Azərbaycan futbolunun ən önəmli parçası artıq 10 ilə yaxındır ki, stabil dağıdılır, məhv edilir.
Və bu gedişata təsir edəcəyi ümidi ilə hansısa söz deyəndə, şərh verəndə, "Neftçi"nin azarkeş kütləsi həmin şərhlərin altında özlərini bu klubu dağıdanların "trollu" kimi aparırlar. Dərddən də böyük dərd budur. Bu tendensiyanı təkcə öz postlarımda yox, başqa mütəxəssislərin qeydlərinin altında da görmüşəm.
Mənə gəlib burada 20 ildi Azərbaycan futbolunu dağıdan Kamil Məmmədovun işlərini müdafiə edirlər, dolayısı ilə. Deyirik ki, Avropanın 45 yaşı olduğuna görə tüpürdüyü Abubakar "Neftçi"ni düzəldə bilməz, 2 gün sonra MOİK-ə qol vurur, oyunu söndürüb mənə yazırlar. Abubakar "Qəbələ" ilə oyunda topa iki dəfə toxundu, bir qol, bir assist elədi. Gözümüz aydın. Bununla da bizim futbol bilgimiz, dünya görüşümüz qurtardı, Əliş ağıllı çıxdı.
Arxa planda isə biz, Abubakarı "Neftçi'yə gətirənlərin gülünc futbol siyasətinə gülən avropalılardan utanırıq. Əlişin xəbəri yoxdu. Üzümüzə deməsələr də, düşünürlər ki, kül sizin futbol funksioneri başınıza. "Neftçi"yə görə… "Neftçi"ni idarə edənlərin çıxardığı rəzil oyunlara görə…
Əliş, bunlarla maraqlanmır.
Əliş axırıncı postun altında yenə məni səhv çıxarmaqla məşğuldu. 'Neftçi"nin heyəti "Qarabağ"dan güclüdü, baş məşqçi Berdıyev olsaymış, başqa nəticə olacaqmış.
Əlişi qınamıram. "Neftçi"nin veteranı sayılan Yunis Hüseynov Tovuzda çörək tapıb deyə, müsahibəsində futbolu Kurban Berdiyevdən yeni öyrəndəyini bəh-bəhlə danışanda, Əliş neyləsin? Əliş, veteranı Yunis Hüseynov olan gündən bədbəxt (kor) olub. Berdiyevin Tovuzda oynatdığı futbol, dünyada yüz il əvvəl qurtarıb, Yunis ilə Əliş üçün təzə başlayıb. Bu da Əlişin taleyidi.
P.S. Əliş, heç onu da bilmir ki, istəmədən "troll"uğunu elədiyi idarəçilər bizi şəxsən yaxşı tanıyırlar. Onlar da başqa yerdə, başqa imkanlarıyla ismarıc göndərir ki, "mərdimazarlıq eləməyim, hərə bir cür, çörək qazanır"…
"Neftçi" haqda boş yerə yazmamışdım ki,
"Üzü dönsün, görüm ol ağuya dönmüş çörəyin…
…sizi".




Fikirlərini bizimlə bölüş!