Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Ən çətin yay

"İnter"in Türkiyəyə yollanmasıyla avrokuboklarda iştirak edəcək klublarımız qitə səya-hətinin hazırlıqlarına start vermiş oldular. Artıq bizimkilərin potensial rəqiblərinin siyahısıyla da tanışıq. Prinsipcə əvvəlcədən hansı ölkələrin təmsilçiləriylə rəqib ola biləcəyimizdən də məlumatlıydıq. "Kor" püşkün qarşımıza kimi çıxaracağını indidən dü-şünüb beynimizi yormayaq. Həm də ki artıq futbolumuzun "peraşki" dövrünü çoxdan arxada qoymuşuq. Belədə bizim hansısa rəqibdən qorxub-çəkinməyimiz yox, onların Azərbaycan klublarının adı gələndə əsməcəyə düşməsi lazımdı. Yəni klublarımızda forma geyən əc-nəbilərin sayının çoxluğu, futbolçuların aldıqları fantastik məbləğdə məvacib bizə bunu diqtə edir. Bəs əslində necədi? Reallıq həmin diqtəylə üst-üstə düşürmü?

Suala birmənalı cavab vermək çətindi. Amma həmişə olduğu kimi, subyektiv fikirlərimi sizinlə bölüşməyə çalışacam. Şəxsən mən qitə kuboklarında ölkəmizi təmsil edəcək, qrup mərhələsinə yüksəlməklə Avropa futboluna Azərbaycan damğası vurmağa çalışacaq klubla-rımıza görə çox narahatam. Hər nə qədər özümüzü inandırıb premyer-liqanın və orda müba-rizə aparan komandaların səviyyəsini gözümüzdə şişirtməyə çalışsaq da, reallıq tam baş-qa cürdü. "İnter" son turlara qədər riyazi cəhətdən çempionluq şansını qorusa belə, ən azı qış fasiləsindən sonra heç kimdə "Qarabağ"ın çempion olacağına şübhə qalmamışdı. Bu faktın özü son mövsümdə rəqabətin hansı səviyyədə olmasından xəbər verir. "Neftçi"də baş verən qəliz proseslər, "Xəzər Lənkəran"ın qeyri-peşəkarlıqdan əziyyət çəkməsi, Hafiz Məm-mədovun "Bakı"ya münasibətinin dəyişməsi avtomatik olaraq premyer-liqada cərəyan edən proseslərə ciddi təsir göstərdi. Sanki hər şey "Qarabağ"ın çempionluq yolunun asanlaşma-sına hesablanmışdı. Mövsümün əvvəlində uzun müddət turnir cədvəlinin son pillələrin-dən qurtula bilməyən "İnter"in sonda 2-ci olması daha çox Tsxadadzenin məşqçilik dühası və Vaqif Cavadovun qolçuluq bacarığı sayəsində mümkün oldu. Qış fasiləsindən sonra uzun müddət qələbəyə həsrət qalan "Qəbələ"nin bürünc medallara yiyələnməsi isə dünya futbolu-nun möcüzələri sırasına yazılmalı uğurdu.

Əlbəttə, burda "köhlən atlar"ın heç bir suçu yoxdu və onların qazandığı haqlı çempionlu-ğun əhəmiyyətini azalda bilmərik. Amma belə vacib nüansları gözardı etməklə özümüzü al-dadıb, son ölkə çempionunun gücünü şişirtmiş olarıq. Arzuların qanadında çox yüksəklə-rə uçanda isə yerə çırpılmağın ağrısı böyük olur. "Qarabağ"ın "Simurq"la oyunlarda qola və qələbəyə həsrət qalması ondan xəbər verir ki, çempion qapalı oynayan rəqiblərə qarşı çə-tinlik çəkir. Deməli, iyunun 23-də baş tutacaq püşkatmada qarşımıza Çixradzenin komanda-sının oyun üslubuna yaxın taktikadan istifadə edən rəqibin çıxmamasını arzulamalıyıq. Tərs kimi mümkün rəqiblər arasında Tiflis "Dinamo"su da var.

"İnter"in problemi isə tam başqadı. Az xərclə böyük hədəflərə çatmaq istəyən "bankirlər" əsas qol silahı Vaqifi itirib. Tsxadadzenin bu ciddi itkinin yerini necə dolduracağı çox maraqlıdı. Üstəlik, illərdi formalaşan bir xoşagəlməz ənənə də var. İfrat praqmatik oyu-na meyil edən gürcünün komandası, adətən, bunun cəzasını çəkir. Gah lotereya sayılan pe-nalti vuruşları, gah da minimal qələbənin yetərsizliyi "İnter"in avrokuboklardakı yolu-nu qısaldır.

Avroliqanın qrupuna yüksəlməklə bizi sevindirən "Neftçi"nin dərdi daha ağırdı. Problemlər məngənəsində boğulan "xalq komandası" çətin ki, iki il əvvəlki uğurunu təkrarlaya bil-sin. Maddi durumu yaxşı olmayan "ağ-qaralar"ın lazımi transferlər edərək heyətdəki boş-luqları doldura bilməməsi avrokuboklarda fiaskonu qaçılmaz edəcək. Çətin ki, Stamenkoviçin fədakarlığı, Arazla Mahirin yaxşı anlaşması və Flavinyonun hiylələri Avroliqanın qrupuna qədər getməyə bəs etsin.

Syominin gedişindən sonra hələ də "başsız" qalan "Qəbələ"nin Avropadakı debütündən də fövqəladə uğur gözləməyə dəyməz. Məlum məsələdi ki, yeni gələn baş məşqçi öz fəlsəfəsinə uyğun futbolçular gətirməyə, bir sözlə, hər şeyi sıfırdan qurmağa çalışacaq. Bütün bunla-rı isə təsnifat mərhələsinin ilk oyununa qədər reallaşdırmaq, komandanı komplektləş-dirmək çətin məsələdi. Ən pisi odu ki, klub rəhbərliyi Azərbaycan futbolunu dərindən bi-lən, uyğunlaşma üçün zamana ehtiyacı olmayan yerli mütəxəssislərə arxa çevirib, yeni əc-nəbi sevdasındadı. Belədə məsələ daha da qəlizləşir. Uzun sözün qısası, hər nə qədər bəd-binliyi özümüzdən uzaqlaşdırmağa çalışsaq da, bu yay bizi xoş günlərin gözlədiyinə ürək-dən inanmağa çətinlik çəkirik. Kaş ki sadaladığım bütün problemləri klub başbilənləri gözardı etməyib, zamanında çözə biləydi. Yoxsa qarşıda bizi son illərin ən çətin yayı gözləyir.

Fikirlərini bizimlə bölüş!