Azərbaycan idman mediası növbəti dəfə ucuz sensasiya axtarışında, “Azərbaycanlı futbolçu Ermənistan yığmasında” tipli manşetləri tirajlamağa başlayıb. Biz Norayr Məmmədovun təmiz erməni olmasını yazmaqdan təngə gəldik, bunlar yanlışq olaraq onun atasını azərbaycanlı çıxarmaqdan bezməd ki, bezmədi. Artıq bu səhvi ölkənin aparıcı və ciddi idman KİV-ləri də xüsusi vurğulayır. Hətta Norayrın atasının hazırda Bakıda yaşadığını iddia edənlər də tapılıb.
Artıq iki dəfə Ermənistan yığmasının heyətində meydana çıxmış 23 yaşlı yarımmüdafiəçinin çoxlarında çaşqınlıq yaradan və həmyerliləri tərəfindən də birmənalı şəkildə qəbul edilməyən soyadını yeni ailə həyatı qurduğu yoldaşının soyadıyla – Aslanyanla dəyişmək istədiyini bəyan etməsindən sonra bu məsələ yenə süni şəkildə “şişirilib”. Daha doğrusu özlərinə bir balaca əziyyət verib heç nəyi şeyi araşdırmadan yazmağa, “şok” etiketi yapışdırıb oxucularına sırımağa öyrəncəli həmkarlarımız tərəfindən gündəmə gətirilib.
“Ermənistanın şərəfini qoruyan azərbaycanlı” görmək eşqiylə alışıb-yanan qələm əhlinin diqqətinə bir daha çatdırırıq ki, Norayr Məmmədovun ölkəmizə heç bir bağlılığı yoxdu. O, 1991-ci ilin mart ayının 25-də Ermənistanın Süniks vilayətinin Qarauç kəndində doğulub. Erkən yaşlarından ailəsi ilə birgə Hollandiyaya köç edib və futbolçu karyerasına da orada başlayıb. İndiyədək təmiz erməni olduğunu (yəni atası da “xaçikdi”) dəfələrlə bildirib.
Vətəndən kənarda böyüməsinə rəğmən, Ermənistana çox bağlı olduğunu deyir və ailədə ancaq ermənicə danışdıqlarının xüsusi qabardır. Təsadüfi deyil ki, Niderlanda da özünə erməni qız tapıb. Məsələn göstərdiyimiz qaynaqda gedən müsahibəsində özü bunları söyləyir : http://armfootball.com/rus/news/14610/norayr-mamedov-havaqakanic-stacats-hravern-indz-nor-uzh-tvec.html
Soyada gəldikdə, hər dəfə sakitcə bu məqamın üzərindən keçməyə çalışır. Eyni ilə erməni yığmasnın digər üzvü Yura Movsisyanın guya 1999-cu ilədək yaşadığı “doğma” Bakı haqda danışmaq istəməməsi kimi. Yəni Qarabağ münaqişəsindən hərtərəfli faydalanan ermənilərin dəsti-xətti burada eynidi.
Əgər Movsisyan ailəsi saxta sənəd düzəldib, Bakıdan azərbaycanlılar tərəfindən qovulmuş məzlum kimi qaçqın statusuyla ABŞ-a – Kaliforniyaya köç edibsə, Norayın valideyinləri Qərbdə yaşamaq həvəsiylə daha da irəli gediblər: soyadlarını azərbaycanlı – Məmmədov göstəriblər. Tolerant Avropanın münaqişə zonasından olan qarışıq ailəyə daha tez qucaq açmasıyla da, istəklərinə çatıblar.
İndi hazırda Erediviziyanın “Villem II” klubunda oynayan Norayrın uzun müddətdir niyə soyadının dəyişməkdə çətinliklə üzləşdiyini başa düşmək mümkündü. Axı onda saxta yolla “Zambaqlar ölkəsindən” sığınacaq almaları ortaya çıxacaq. Abırsız erməniyə qaldıqda, belə də davam edər. Amma yaman yığma arzusuna düşüb. Əlbəttə, vətənində açıq şəkildə ona işarə ediblər ki, təmiz Azərbaycan soyadında onu ölkə millisində oynatmaq azarkeşlərin heç də xoşuna gəlmir. Odu ki, indiki halda həyat yoldaşının soyadını götürmək həm qanuni, həm də ideal çıxış yoludu.
Bizə gəldikdə, Norayr Məmmədovu hər dəfə “azərbaycanlı” çıxarmaq vərdişindən əl çəkib, bu məsələyə tam başqa yöndən yanaşmalıyıq. Ermənistan millisinin iki futbolçusunun birdən – Movsisyanın və yenilənəcək soyadıyla Aslanyanın Azərbaycan ünvanı və Azərbaycan soyadı ilə saxta qaçqın statusu almasıyla bağlı onlara sığınacaq verən ölkələrin lazımı orqanları məlumatlandırılmalıdı. Qoy, bizim Qarabağ faicəmiz üzərində erməni xoşbəxliyi qurulmasın…
P.S. Atası azərbaycanlı, anası erməni futbolçu haqda oxumaq istəyənlərə isə aşağıdakı bu materialı oxumağı məsləhət görərdim:
=======================================
AZƏRBAYCAN ƏSİLLİ FUTBOLÇUNUN İRƏVANDA YAŞADIĞI ŞOK DRAM
Eduard İsmayılov: “Ermənistanda azərbaycanlı olduğumu danmadım, dava-dalaş düşdü”
Həyat elə gətirib ki, Ukraynada vətənim Azərbaycandan çox oluram. Vaxt tapdıqca Ukraynadakı futbolçu soydaşlarımızla yaxından maraqlanıram. Futbolumuza yararlı ola biləcək istedadlı, perspektivli azərbaycanlı gənclərin ortaya çıxarılmasında, müxtəlif yaş qruplarından ibarət millilərimizə və klublarımıza köməyimi əsirgəmirəm. Ürəyim istərdi ki, onlar yerli klublarda peşəkar futbola yüksəlsinlər və Ukrayna premyer-liqasında çıxış edən bir neçə səviyyəli oyunçumuz olsun. Fəqət burada elita dərəcəsinə çıxmaq bizdəkindən qat-qat çətindir. Yüz yeniyetmədən bir nəfəri buna nail ola-olmaya. İstər-istəməz haradasa milli mənsubiyyət də soydaşlarımızın qabağa çəkilməsində mane olur. Bu şovinizm Rusiyadakı kimi açıq-aşkar hiss edilməsə də yerli məşqçilərin ürəyinin dərinliklərində kök salıb və həlledici məqamda özünü göstərir.
Odur ki, karyerasının “tamam və ya davam” məqamında çətinə düşən bacarıqlı soydaşlarımıza dəstək olmağı milli ilə yanaşı klublarımıza da məsləhət görməyə çalışıram. Əlbəttə, hamısını diqqətdə saxlamaq asan iş deyil. Rusiyanı saymasaq, Ukrayna ərazisinə görə Avropada ən böyük ölkədir. Sağ olsunlar, diasporumuzun müxtəlif vilayətlərdəki nümayəndəsi olan dostlar da köməyimə gəlir. İndi haqqında bəhs edəcəyim gənc də məni onların vasitəsilə tapdı.
23 yaşlı bir futbolçu zəng vurdu. Özünü təqdim etdi, azərbaycanlı olduğunu söylədi. Bir qədər karyerasından danışdı. Son mövsümdə II liqada çıxış etdiyi Yalta “Jemçujina”sının dağıldığını, klubsuz qaldığını dedi və tarixi vətənində özünü yoxlamaq arzusunu dilə gətirdi.
Haqqında məlumat toplayıb onunla əlaqə saxlayacağımı dedim. İmkan tapan kimi də araşdırdım. Və çox-çox maraqlı mətləbə vardım…
Eduard İsmayılov… Bu soyada hardasa rast gəlmişdim. Ancaq Eduard adına görə qeyri-azərbaycanlı olduğunu düşünüb heç maraqlanmamışdım. Doğrudan da nəzər yetiriləcək futbol bioqrafiyası vardı. Yaxşı məktəbi olub. Donetsk “Şaxtyor”unun yetirməsidir. Ukrayna superklubunun bütün yaş qruplarında oynayıb. Əvəzedici heyətə qədər yüksəlib. Vaxtilə Ukraynanın U-17 yığmasında 15 oyuna çıxıb. Di gəl ki, sonrakı fakt bütün bunları kölgədə qoyan bir məqam idi. Hansı ki, gözlərimə inanmayıb “bir yanlış varmı deyə” dönə-dönə dəqiqləşdirdim. Eduard İsmayılov keçən il İrəvan “Ararat”ında çıxış edib!!! 2012/13 mövsümünün ilk yarısında…
İnternetdə, Ermənistan mənbələrində erməni mənşəli ukraynalı İsmayılovun “Ararat”a keçidi haqda kifayət qədər yazılıb. Aydın məsələ idi ki, futbolçu prizmasından mən “Eduard İsmayılov” adlı kitabı dərhal bağladım. Əvvəlcə istədim Ermənistanda işləri alınmayandan sonra Azərbaycan xəyalları quran bu həyasıza dişimin dibindən çıxanları deyim. Sonra məni sırf jurnalist marağı bürüdü və bu məsələni ətraflı çək-çevir eləmək qərarına gəldim.
Onu başa düşməyə də çalışdım. Atası azərbaycanlı, anası erməni olduğundan iki od arasında qalan o qədər bədbəxt var ki. Bir də ki valideynləri sovet cəmiyyətində formalaşan, milli mənsubiyyət anlayışı geniş olmayan, kosmopolit insanlar var ki, onlar öz “xoduna” Qarabağ həqiqətlərini dərk etmək iqtidarında deyillər. Onu da xatırlasaq ki bu gənc ömürboyu Ukraynada yaşayıb, deməli, bu zavallı çox şeydən bixəbərdir. Bəlkə də onu bir azərbaycanlı kimi qazanmaq da olar, “dığa” damğasını vurub, silib atmaq da. Belə olan halda, məncə, əsas insanın özünü hansı millətin nümayəndəsi saymasıdır.
İsmayılova zəng vurub məsələnin mahiyyətini başa saldım. Müsahibəyə razı salıb «içini tökdüm».
– İlk növbədə milli mənşəyin maraq doğurur…
– Atam azərbaycanlı, anam ermənidir.
– Ancaq atanın adı bizim üçün qeyri-ənənəvi olan Yuridi. Yəqin o da yarıazərbaycanlıdır, hə?
– Yox, atam təmiz azərbaycanlıdır. Babam Süleyman bura nənəmlə birgə Azərbaycandan gəlib. Donetsk vilayətində şaxtalarda çalışıblar. Atam Ukraynada doğulub. Həmin illər Yuri Qaqarinin kosmosa uçduğu ilk vaxtlar olub. Atamı onun şərəfinə adlandırıblar.
– Anan da Ukrayna ermənisidir?
– Hə, adı Yevgeniyadır. Atamla burada, doğulduğum Makeyevkada (Donetsk vilayətinin şəhəri-red.) tanış olublar. 80-ci illərin ortalarında evləniblər. Bilirsiniz də, onda azərbaycanlı-erməni söhbəti yox idi. Hamı sovet vətəndaşı idi.
– Azərbaycanda qohumların varmı? Nə vaxtsa tarixi vətənində olmusanmı?
– Var, atam əlaqə saxlayır onlarla. Bakıda, Kirovabadda (Gəncənin SSRİ dövründəki adı-red.)… Azərbaycanlı qohumlarım Dağıstanda da yaşayır. Ancaq mən orada heç vaxt olmamışam.
– Bir az da futbolçu həyatından danış…
– 1990-cı ildə doğulmuşam. Sağ-sol cinah müdafiəçisiyəm. “Şaxtyor”un məktəbində futbola başlamışam. Donetsk klubunun əvəzedici heyətinə qədər yüksəlmişəm. Aşağı liqada “Şaxtyor-3”-də də oynamışam. 5-6 il əvvələdək Ukraynanın ən perspektivli futbolçularından biri sayılırdım. Yuri Kalitvintsev məni həmişə yeniyetmələr yığmasına çağırır və daim oynadırdı. Sonra Donetsk “Metallurq”una keçdim. Orada əvvəlcə hər şey qaydasında idi. Amma sonradan soyadım xoşlarına gəlmədi.
– Yəqin “Metallurq”un sahibinin və rəhbərliyinin ermənilərdən ibarət olmasını nəzərdə tutursan…
– Bəli, əminəm ki, məni orada soyadıma görə sıxışdırdılar. Ordan Donetskin aşağı liqa təmsilçisi “Olimpik”ə keçdim. 2009-cu ildə I liqada yarışan “Kremen”dən təklif gəldi, orda oynamağa başladım.
– Keçək əsas məsələyə. Bəs necə oldu ki, Ermənistandan təklif aldın?
– Donetskdəki tanışlarım vasitəsilə.
– Ermənilər idi?
– Yox, ukraynalılar. Belə bir variantın olduğunu dedilər, İrəvana baxışa getdim. Bir həftə baxışda oldum, bəyəndilər. Bir illik müqavilə imzaladım “Ararat”la.
– Niyə həmin vaxt bütün mənbələr sənin yalnız erməni olduğunu yazıb, azərbaycanlı kimliyini vurğulamayıb?
– Onda dedilər ki, belə lazımdır.
– Bəs Qarabağ müharibəsi haqda heç eşitməmişdin?
– Niyə eşitməmişdim?! Bunu hamı bilir. Mən futbolçuyam. Peşəkar kimi davrandım, gələn dəvəti dəyərləndirdim. Ancaq belə münasibət gözləmirdim.
– Atan İrəvana getməyinə necə baxdı?
– O, bu münaqişə haqda danışmağı xoşlamır. Atam məni başa düşdü ki, daha yaxşı variantım yoxdu. Getməliyəm. Azərbaycanlı dostlarım isə birmənalı qarşılamadı. Təəssüfləndiklərini gizlətmədilər.
– Eduard, vacib olan sənin özünü hansı millətin nümayəndəsi hiss etməyindir. Sən özünü erməni sayırsan, yoxsa azərbaycanlı?
– Mən Ukrayna vətəndaşıyam. Burada böyümüşəm. Nə azərbaycanca, nə də ermənicə bilmirəm. Atam-anam da buralıdır. Ancaq oturub-durduqlarım, ətrafım, dost-tanışım, daha yaxşı başa düşdüklərim azərbaycanlılardır. Xarici görünüşüm də özümü daha çox azərbaycanlı kimi hiss etməyimə səbəb olur.
– “Ararat”dan çox cəlbedici təklif almışdın ki?
– Yox, orada maaşlar aşağıdır. Ayı 400 dollara anlaşmışdıq. Amma dava-dalaşa, yerli futbolçularla yola getmədiyimə görə orada cəmi bir ay qaldım. Mənə də cəmi 100 dollar verib yola saldılar.
– Ermənilər sənə dərhal pis münasibət bəslədilərmi?
– Yox, əvvəlcə hər şey qaydasında idi. Sonra məndən soyadımı soruşmağa başladılar. Azərbaycanlı olmağımla fəxr edirəm və bunu heç vaxt danmamışam. Orada da danmadım. Hər dəfə azərbaycanlı olduğumu dedim. Üzümə vurmasalar da tədricən mənə münasibətin dəyişdiyini gördüm. Məşqlərdə mənə qarşı çox kobud oynayırdılar. Mənimlə heç kim danışmırdı.
– Klub rəsmiləri, adi vətəndaşlar da eyni münasibəti göstəriridimi?
– Xeyr. Baş məşqçi Abraam Xaşmanyanın anası rus idi. Məni o bəyənib götürdü heyətə. Rəhbərlik də normal yanaşırdı (“Ararat”ın vitse-prezidenti Bakı ermənisi, “Neftçi”nin yetirməsi Arkadi Andriasyandır-red.). İrəvanda mənə mənzil tutmuşdular, orada yaşayırdım. Yerli əhali ilə də münaqişəm olmadı. Təkcə futbolçularla yola getmirdim.
– Səni “Ararat”dan qovdular, yoxsa özün getdin?
– Özüm getdim. Ermənistan çempionatında cəmi bir oyunda meydana çıxdım. Erməni futbolçularla az qala hər məşqdə dava edirdim. Aralarında xüsusilə biri vardı, daim mənə ilişirdi. Məşqlərin birində qəsdən arxadan ayağıma elə «sürüşmə» fəndi elədi ki, ayağa qalxa bilmədim. Ukraynada belə hərəkətə görə dərhal məşqdən qovurlar. Ona isə bir söz deyən olmadı. Bütün bunlara dözürdüm. Sonra öyrəndim ki, komanda yoldaşlarım məni ermənicə söyürlər. Əsasən də azərbaycanlı kimliyimə. Buna dözmədim və onlarla dava etdim, şillə-yumruğa çıxdım. Belə davam etməyəcəyini görüb rəhbərlikdən məni buraxmağı xahiş etdim.
– Eduard, Qarabağ müharibəsi haqda nə dərəcədə məlumatlısan?
– Mən siyasətdən tam uzaq adamam. Bircə onu bilirəm ki, müharibə, insan öldürmək pis haldır.
– Yanılmıramsa, “Ararat”ın tarixində birinci azərbaycanlısan. “Neftçi”də isə SSRİ vaxtı həmişə ermənilər oynayıb. Markarov, Mirzoyan kimi futbolçular Bakıda yetişib. Qarabağ faciəmizə rəğmən indi də Azərbaycan futbolunda anası erməni olan adamlar var ki, onlara gözün üstə qaşın var deyən yoxdur.
– …
– Yəqin onu da bilmirsən ki, Azərbaycanda rəsmən 30 min erməni yaşadığı halda Ermənistanda bir nəfər olsun azərbaycanlı qalmayıb, hə?
– Yox, mən bunlardan xəbərsizəm. Amma inanıram ki, azərbaycanlılar ermənilər kimi şovinist deyillər. Məhz ona görə Azərbaycan çempionatında oynamaq istəyirəm. Gələcəkdə layiq olsam, məmnuniyyətlə Azərbaycan millisində də oynayaram.




Fikirlərini bizimlə bölüş!