Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Əzabdan qurtulmağın yolları

Ürəyiniz ağrıyır? Yaxşı olur sizə. Niyə yığmanın oyununa baxırdız ki, indi də bu vəziyyətə düşəsiz?

Millinin oyunundan danışmayacam. Nə danışasıyam ki? Həm də oyundan, istəsəm də, danışa bilmərəm axı. Niyə? Necə yəni niyə? Oyun vardı ki meydanda?

Ona görə də oyundan danışa bilmərəm. Bu yerdə yalnız həmin ürək ağrıdan, qəlb sındıran, saç ağardan, bel bükən “oyun”un verdiyi əzabdan necə qurtulmağın yollarından danışmaq lazımdı. Necə edək ki, millinin meydandakı hərəkətinə baxanda:

1. Ürəyimiz ortadan çat verməsin
2. Yumruğumuzla diz qapağımızı sındırmayaq
3. Kəllə-beyin zədəsi almayaq
4. Ömrümüzdən 20 il kəsilməsin

Bəli, indiki məqamda yalnız bu suallara cavab tapmaq, məncə, daha vacibdi. Çünki Foqts babanın komandası onsuz da öz işindədi, yaxşı bəs biz neyləyək?

Çıxış yolu var. İlk növbədə stadiona getməməyi qarşınıza məqsəd qoyun. Çünki tribunada əy-ləşmisizsə və qarşınızda 5 saniyədən bir ayağa durub matça ayaqüstə baxan “paçan” yoxdusa, mey-dana baxmağa məhkumsuz. Gözünüzü yumub bu əzabdan qurtulmaq istəsəz də, yanınızdakıların ah-ufu sizi onsuz da dəli edəcək. Ona görə də millinin oyununa baxmaq istəyirsizsə, evə gəlib tele-vizoru yandırın.

Əsas diqqət yetiriləsi məqamlar isə bundan sonradı. Deməli, bizimkilərin futboldan başqa nə-yə desən oxşayan oyunu başlamazdan əvvəl mütləq evdə nə qədər ki adam var, çağırın televizor olan otağa. Oyun vaxtı həmin otaqda balaca uşaqlar olsa, lap yaxşıdı. Məqsəd nədi? Məqsəd odu ki, hay-küydən, otaqdakıların bir-biriylə danışığından meydanda nə baş verdiyini anlaya bilməyəsiz. Bəli, əzab verən hücumlarımızın başınızı qaynatmaması üçün o başın elə əvvəl-dən başqa aləmə köklənməsi çox vacibdi.

Evdə uşaqlar varsa, işinizin lap asan olması yollarını deyim, bilin. Deməli, onlara deyir-siz ki, televizora diqqətlə baxın, “göylər” bizimkilərdi, onlar topu alıb hücuma keçəndə müt-ləq ekranın qarşısında vurnuxun. Nəticədə nə baş verir? Uşaqlar sözünüzü yerə salmır və siz millinin heç nədən top itirdiyi anı görmürsüz. Beləcə böyük bir əsəb gərginliyindən qurtul-muş olursuz.

Evdə uşağı olmayanlar isə televizorun “pult”uyla mükəmməl işləmək bacarığına malik olma-lıdı. Bəli, yığmamız hücuma keçirsə, mütləq “mute” düyməsini basıb səsi tamam alırsız və gö-zünüzü yumursuz. Ürəyinizdə 5-ə kimi sayıb gözünüzü açırsız. Çünki bizim yığma hücuma atı-landan uzağı 5 saniyə sonra mütləq topu itirməlidi. Vəssalam. Gözünüzü açıb yenə rəqibin növ-bəti hücuma başlamasına baxırsız. Və beləcə, siz cəhənnəm əzabından və dəhşətli stressin gə-ləcəkdə yarada biləcəyi xərçəng xəstəliyindən qurtulmuş olursuz.

Sözlərimi qulaqardına vurmayın. İrəlidə Xorvatiya və İtaliya ilə oyunlar var, özü də səfər-də. Artıq indidən başınıza çarə axtarın. Evdə uşaq yoxdusa, indidən qohum-əqrəbadan xahiş edin, həmin günlərdə evdə uşaq olsun; özü də azı 4-5 uşaq. Sinir zədələnməsi halı yaşamaq is-təmirsizsə, oyun başlayan kimi uşaqları “canlı sədd” kimi düzün ekranın qabağına. Qoy yarıya kimi ekranı tutsunlar ki, siz ancaq futbolçuların başlarını görəsiz (çünki bizimkilərin ayaqlarıyla topla rəftarını görsəz, evdəkilər 03-ə zəng etməli olacaq). Ən ucaboy uşaqdan isə xahiş edin ki, əli ilə ekranda hesab yazılan yeri tutsun və axıra kimi buraxmasın. Çünki lap axırda belə əlini buraxsa, hesabı görüb divandan yıxılmayasız…

P.S. Mən and içirəm ki, rəqqasə Aytən bizim futbolçulardan yaxşı oynayır. Kişinin qızı ən azı işinin peşəkarıdı. Bəli, bu adam istədiyi yerini oynadır. Amma bizim zavallılar bir tək ayağını oynatmalıdı ki, onu da bacarmırlar.

P.P.S. Eşitdiyimə görə, həmişə olduğu kimi, AFFA qələbəyə görə hər futbolçuya yenə 30 min vəd edibmiş. Deyirəm, bu başdakılar nə qədər savadsız imiş, ilahi! A kişi, görürsüz ki, bu metodunuz işə yaramır, sizə çıxış yolu deyim, bilin: oyundan öncə hər futbolçuya deyin ki, əksinə, uduzsaz, hərənizdən 30 min alacağıq! Qısa, konkret! Nəticə bundan yaxşı olmasa, mənə lə-nət! Ən azı ona görə ki, belədə yığmaya bir futbolçumuz da gəlməyəcək; milli hər dəfə texniki məğlubiyyət alacaq ki, belədə biz də rahat, firavan ömrümüzü sürəcəyik. Nə futbolçular söyül-sün, nə başımız-dizimiz döyülsün, nə də Foqts baba bizdən milyonlar oğurlaya bilmək bacarı-ğıyla öyünsün…

Fikirlərini bizimlə bölüş!