“Kəpəz”in İdarə Heyətinin sabiq sədri, daha çox yarıtmaz fəaliyyəti ilə diqqət çəkmiş Adil Vəliyevin sonuncu kadrı “Kəpəz”dən uzaqlaşdırılıb. Söhbət ötən mövsümdən klubun rəhbərliyində olan İdarə Heyətinin üzvü Fərman Əlizadədən gedir. “Kəpəz”in hazırkı rəhbərliyi Əlizadəyə qapını göstərib.
Halbuki özünə hörmət edən şəxs hələ yayda klubda əl dəyişikliyi məsələsi başlayan kimi işindən getməli idi. Amma Əlizadə hər vəclə vəzifəsini qorumağa çalışıb Gəncədə qalmaq istəyirdi. Bunun üçün ağız açmadığı, qapısını döymədiyi adam qalmamışdı.
Fərman bəyi “Kəpəz” layiqli olduğu formada, səssiz-səmirsiz yola salıb. Onun gedişi ilə bağlı klub tərəfindən ictimaiyyətə məlumat verilməyib, kəlmə kəsilməyib. Ani göstərişlə klubun saytındakı rəhbərlik bölməsindən Əlizadənin adı-soyadı çıxarılıb. Sanki İdarə Heyətində belə adam olmayıb.
Fərman Əlizadə “Kəpəz”dən getsə də, onun yaxın adamları oradadır. Onlar hazırkı klub rəhbərliyi üçün təhlükəli sayılmalıdırlar. Çünki otaqlarda, kuluarlarda baş verənlər, danışılanlar Əlizadəyə ötürülür. Bu isə gələcək üçün yaxşı nəsə vəd etmir.




Fikirlərini bizimlə bölüş!