Vaxt vardı Nazim Əliyev, Alay Bəhramov, Musa Qurbanov, Rövşən Əhmədov, Fazil Pərvərov, İmamyar Süleymanov kimi milli çempionatın tarixində iz qoymuş qoledorlar Azərbaycan yığmasını xəyal belə edə bilmirdi. Çünki orda Nazim Süleymanov, Vəli Qasımov, Samir Ələkbərov kimi daha usta, legioner forvardlarımız çıxış edirdi.
İndi Nurlan Novruzov kimi birmövsümlük hücumcığazlar bir-iki top vurdumu, mətbuat şüvən qopardır. Niyə filankəs çağırılmadı deyə. Halbuki, millinin formasına layiq görülmək, belə asan olmamalıdı. Bunun üçün müəyyən yol qət etmək, daha çox əziyyət çəkmək gərəkdi. Ki, o şərəfə layiq görülməyin dəyəri bilinsin!!!
Hələlik Nurlanda milli forvard potensialını görmədyini Prosineçki açıq şəkildə etiraf edir. “Sxemimə uyğun deyil” sözləriylə. İndi niyə dəvət edilmir deyə, müxtəlif mülahizələr irəli sürməyə nə ehtiyac var? Cinayət işi açılıb ona görə, Yaşar Seyidov AFFA-ya tapşırıb və s. uydurmalar gülünc görünür. Sadəcə, intellektual səviyyəsi də “0” olan bu adam bir çox cəhətdən millilik deyil. Elə mətbuatın hər dəfə heyət açıqlananda niyə dəvət edilmədiyini vurğuladığı digər futbolçular kimi.
Ümumiyyətlə, söhbət təkcə Premyer liqamızın ən yaxşı snayperindən getmir. Azərbaycanda doğurdan da milli formanı geyməyə layiq olub, kənarda qalan futbolçu yoxdu! Onların çağırılması heç nəyi dəyişməyəcək. Bu ucuz mövzulardan kənar olaq.




Fikirlərini bizimlə bölüş!