“Turan Tovuz” ilə “Fənərbağça” komandaları arasında keçiriləcək yoxlama oyunu Gəncəyə salına bilər. Qarşıdakı milli fasilədə baş tutacaq matçın yeri əvvəlcə Tovuz, sonra isə Bakı göstərildi. Hətta qərb təmsilçisinin rəhbərliyi də bu günlərdə görüşün paytaxtda reallaşacağını bildirdi.
Bununla belə “Turan Tovuz”un rəsmiləri oyunun Gəncəyə salınması variantını da nəzərdən keçirirlər. Gəncə stadionunun bütün müasir tələblərə cavab verməsi, şəhərin Tovuza yaxın məsafədə yerləşməsi klub rəhbərliyinə bu məsələdə yenidən düşünməyə səbəb yaradıb. Qərblilərin işinə yarayan əsas amil Tovuzdan Gəncəyə azarkeşlərin səfərinin təşkil olunmasının xeyli asan və az məsrəfli olmasıdır.
Üstəgəl həmin dövrdə Bakıdakı sıxlıq da nəzərə alınır. Gəncədə beynəlxalq aeroportun, 5 ulduzlu otelin, qonaqların səviyyəsinə uyğun məşq meydançalarının olması işə yarayır. “Fənərbağça” tərəfi də səs-küydən, sıxlıqdan uzaq yerdə oynamağa müsbət yanaşır.


Fikirlərini bizimlə bölüş!