Fərman Əlizadə müqaviləsiz məşqçiyə maaş verib

1 minute
Fərman Əlizadə müqaviləsiz məşqçiyə maaş verib — illüstrasiya

Rakif Əliyevdən səmimi etiraflar

“Bəli, İdarə Heyətinin üzvü Fərman Əlizadə mənə “Kəpəz”də qalmağı təklif etdi. Ancaq bu söhbət Azər Bağırovun məşqçilər korpusundan ayrılmağımdan sonra baş verdi”. Bu sözləri ötən mövsüm Gəncə klubunun əsas komandasında çalışan analitik məşqçi Rakif Əliyev AZFUTBOLa açıqlamasında deyib. Gənc mütəxəssis ona müqavilə ilə təklif olunan və saytımızın da yazdığı məbləği təsdiq edib: “Fərman müəllim hansı komandaya gedəcəyimi soruşdu. Bildirdim ki, kim mənə uyğun təklif etsə, ora gedəcəm. Əlizadə tərəfindən aylıq 4000 manat məvacib təklif olundu. Məni yeni baş məşqçiyə təklif edəcəyini, razı olsa, komandada bu məbləği verə biləcəyini vurğuladı. Danışığımız belə oldu”.

Azər Məmmədovun təyinatından sonra Rakif Əliyev “Kəpəz”də istənilməyib. Buna baxmayaraq o, 4000 manat məvacib alıb. Əliyev özü bunu etiraf edib: “Məşqçi təyinatı gecikdiyi üçün 1 ay mən bəzi köməklikləri, komandanın işlərini görürdüm. Buna görə də Fərman müəllim təklif etdiyi məbləği 1 aylıq ödədi. A məşqçilik lisenziyamın ödənişini də Əlizadə edib. Buna görə ona qarşı heç vaxt narazılığım olmayıb”.

Fərman Əlizadə müqaviləsiz məşqçiyə maaş verib — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!