Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Heyif səndən, ey “Neftçi”!

Bu sözləri rişxəndlə deyil, ürək ağrısı ilə deyirəm. Neçə dəfə messajlar göndərdik, xəbərdarlıqlar etdik, "Neftçi" rəhbərliyini ayıltmaqa çalışdıq. Amma çi fayda 🙁

Klubda, komandada işlər düzgün etmir. Rəhbərlik (Çingiz Abdullayev & SOCAR nümayəndələri nəzərdə tutulur) bu siqnallara fikir verməyincə, acı nəticə qeyd olundu.

İndi də bəhanələr benefisi başlayacaq. Pulumuz yoxdur, Mpenzaya borcumuz var, bazamızı tikirik, nələr nələr. Hər şeyə bəhanə tapacaqlar, futboldan başqa nədən istəsən danışacaqlar.

Mövcüd büdcə ilə "Neftçi" makedon klubunu keçməyə borclu idi. "Şkendiya" qorxaq futbol oynadı, elə bil özləri də rəqibdən çəkinirdilər. Axı bu cür rəqibini necə keçməmək olardı? 🙁
Yeri gəlmişkən, "Qəbələ"ni gözəl oyun və qazanılan qələbə ilə təbrik edirəm! Keçənilki "Qəbələ" hara, builki hara? Gəl indi Kvekve, Dabo, Uiks kimi oyunçuları olan komandanı tənqid elə.
Bir sözlə, idmanda haqlı tənqid hər zaman ümümi işin xeyrinə olur. Haqlı tənqiddən qorxmaq lazım deyil.

Ardıcıl ikinci il "Neftçi"də seleksiya işi fiaskoya uğradı. Vəli Qasımovun məşqçi olmadığını Müşahidə Şurasından başqa bütün Azərbaycan bilirdi. Vaxtında gələn siqnallara fikir versəydilər, indi də Çexiya getməyə hazırlaşadılar. Xeyr, "Neftçi" idarəçiləri başqa yol seçdilər. Narazı olanları susdurmaqa çalışdılar, düz danışanları qərəzli adlandırdılar. Odu ki, nəticə tam haqlıdı.

"Neftçi" dünən rəqibə uduzmadı. Uduzan təkcə Vəli Qasımov və futbolçular olmadı. Bu yanlış klub strateqiyasının, səriştəsiz idarəçilərin məğlubiyyətidi…

Erkin İBRAHİMOV

Fikirlərini bizimlə bölüş!