Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“İnter”in gürcülərinin özbaşınalığı ört-basdır edilir

“Oğlumun döyülməsinin üstündən 28 ay ötsə də, günahkarlar cəzasını almayıb”

Dünən redaksiyamıza təşrif buyuran Qurban Nəbiyev oğlu Elçinin “İnter”in futbolçuları tə-rəfindən döyüldüyünü və ağır bədən xəsarətləri alaraq uzun müddət yataqda qaldığını söylə-di. Qurban bəyin sözlərinə görə, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etsə-lər də, şikayətlərinə baxan yoxdu. Nəbiyev “İnter” rəhbərliyindən də narazı qaldığını bil-dirdi.

Gürcü özbaşınalığı, oğlu üçün yalvaran ana

Qurban bəyin sözlərinə görə, oğlu Elçin 2011-ci il noyabrın 15-də övladı dünyaya gəldiyinə görə keçmiş “Spartak” stadionunun yanında yerləşən “Axali Tbilisi” (Yeni Tiflis) restora-nında ziyafət təşkil edir: “Özümüz əslən Borçalının Bolnisi rayonundan olduğumuzdan nəvə-min xeyir işini gürcü və Azərbaycan mətbəxi olan restoranda keçirməyə qərar verdik. Elçin şəhərdə bir neçə belə obyekti gəzəndən sonra “Axali Tbilisi”ni bəyəndi. Restoranın gürcü rəhbərliyi ilə əvvəlcədən razılaşdıq ki, tədbir vaxtı bizdən başqa heç kim obyektə buraxıl-masın. Oranın tutumu da böyük deyil. 60-70 nəfərlik bir məkandı. Bizim qonaqların sayı da 58 nəfər idi. Onların da əksəriyyətini qadın və uşaqlar təşkil edirdi. Ancaq məclisin şirin ye-rində “İnter”in təxminən 35 üzvü restorana gəlib. Obyekti işlədən gürcülər oğluma bildirib-lər ki, onlar buranın daimi müştəriləridi. İndi də hansısa oyunda qalib gəldiklərindən bunu qeyd etmək istəyirlər. Sizin icazənizlə onlara da yer ayırardıq, bir tərəfdə məclis keçirər-dilər. Elçin də razılıq verir. Ancaq çox keçmədən oğlum humanistliyinin acısını çəkir. Belə ki, bir müddətdən sonra araqdan, çaxırdan içən futbolçular özlərini idarə edə bilmirlər. Ar-vad-uşağın yanında ağızlarına gələni danışmağa başlayırlar. Qadınlara söz atanlar da olur. Vəziyyətin gərginləşdiyini görən Elçin bir neçə dəfə onlara yaxınlaşaraq özlərini sa-kit aparmağa, qadınları narahat etməməyə çağırır. Ancaq futbolçular onun sözünü vecinə al-mırlar, hətta onu acılayıblar. Oğlum qanqaraçılıq yaşanmasın deyə, məclisi yarımçıq saxla-malı olur. Və bütün qonaqları evlərinə yola saldıqdan sonra geri qayıdaraq ziyafətin pulunu ödəmək istəyir. İnzibatçıyla söhbətləşərkən Georgi Lomaya ona yaxınlaşıb “sən kimsən ki, bayaqdan bizə qayda-qanundan dərs keçirsən? Tüpürüm sizin qaydalara. Biz Bakıda nə istəsək, onu da edə bilərik” söyləyib və sinəsindən vurub. Ondan sonra Valeri Abramidze, İbrahima Niasse və başqa futbolçular da tökülüşüb Elçini pis günə qoyublar. Gör vəziyyət hansı həddə çatıb ki, həyat yoldaşım Lomaya və onun dostlarının qarşısında diz çökərək Elçini döyməmək üçün yalvar-yaxar edib. Araya restoranın rəhbərliyi və ofisiantlar girməsəymiş, ordan oğlumun meyiti çıxacaqmış”.

28 ay davam edən istintaq və ya müəmmalı barışıq məktubu

Hadisədən əsəbləşən Qurban bəy ertəsi Nəsimi rayonunun 20-ci polis bölməsinə yollanıb və yaşananlardan şikayət edib: “20-ci polis bölməsində bu faktla bağlı cinayət işi açıldı. Şa-hidlər dindirildi. Ancaq gözlənilmədən sonradan bu iş Daxili İşlər Nazirliyinin Baş İs-tintaq və Təhqiqat İdarəsinə göndərildi. Oğlumun döyülməsinin üstündən 28 ay ötsə də, hələ də günahkarlar layiqli cəzasını almayıb. Halbuki qanunla cinayət işi 3, istisna hallarda isə 9 ay ərzində tamamlanmalıdı. Abramidze hazırda Gürcüstandadı. Niasse ilə Lomaya isə hələ də Azərbaycanda pul qazanmaqla məşğuldu. Bəyəm onları tapmaq, etdikləri cinayətə görə cəzalan-dırmaq bu qədər çətindi? Şikayətimizə baxılmadığından bir müddət sonra hüquqlarımızı qo-rumaq, Azərbaycanda özlərini ağa kimi aparan əcnəbilərə yerini göstərmək üçün dövlət baş-çısı İlham Əliyevə, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova müraci-ət ünvanladıq. Həmin müraciətdə istintaqın əsassız gecikdirildiyini, bu süründürməçiliyə son qoyulmasının vacibliyini bildirərək, işin obyektiv şəkildə araşdırılaraq məhkəməyə göndərilməsini xahiş etmişdik. Bundan başqa, DİN-nin istintaq idarəsinin rəisi Sərvər Mehrəliyevə də ərizə ilə müraciət etmişdik. Bu il fevralın 5-də Sərvər Mehrəliyevin imza-sı ilə oğluma məktub gəldi. Həmin məktubu oxuyanda şoka düşdük: “Döyülməyiniz faktı ilə bağlı tədbir görülməməsi haqda DİN-ə ünvanladığınız müraciətə Baş İstintaq və Təhqiqat İdarəsində baxılıb. Müəyyən olunub ki, 15 noyabr 2011-ci il tarixində Valeri Abramidze tərə-findən döyülərək xəsarət almağınız faktı üzrə toplanmış materiallara əsasən 2012-ci il ap-relin 4-də Baş İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəllə-sinin 221.2.1 maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılmış cinayət əməlinə CM-nin 40.2.2 maddəsinə əsasən xitam verilib”. Bunları oxuyanda heç nə başa düşmədiyimizdən vəkilimizə müraciət etdik. Və məlum oldu ki, guya oğlum onu təhqir edənləri və döyənləri ba-ğışlayıb. Bu nə fırıldaqdı, başa düşmədik. Belədə işi aparan müstəntiq Anar Çıraqovla əlaqə saxladıq. O da eşitdiklərindən təəccübləndi və məktubdan xəbərsiz olduğunu bildirdi”.

Görəsən, bizimkilər Gürcüstanda belə edə bilər?

Qurban bəy bu işi belə qoymayacaqlarını, yenidən ölkə başçısına və başqa aidiyyatı orqanla-ra şikayət edəcəyini vurğuladı: “Bu qədər haqsızlıq olmaz. 28 aydı sakit oturmuşuq. Gözləyir-dik ki, hüquq-mühafizə orqanlarımız ölkə vətəndaşına qarşı edilən cinayəti düzgün araşdı-rıb, günahkarları cəzalandıracaq. Ancaq ortada heç nə yoxdu. Artıq səbrimiz tükənib. Gürcüs-tanda acından ölən, heç kimə lazım olmayan futbolçular Azərbaycana gəlir, yüzminlərlə pul qazanır, üstəlik, bu ölkənin vətandaşını təhqir edib döyürlər. Görəsən, bizimkilər Gürcüs-tanda belə edə bilər? Təbii ki, yox. Onlar öz xalqına qiymət verməyi bacarır. Bir dəfə yay tə-tilini Gürcüstanda keçirən azərbaycanlı ailənin uşağını bizim ölçülərlə adi görünən bir işə görə az qala 3 il həbsə göndərəcəkdilər. Nədi-nədi, həmin gənc dağ çayında çimib. Guya həmin çayın suyundan hansısa rayonun əhalisi içməli su kimi istifadə edirmiş. Ekologiya polisi uşağın tutulmasında israrlı idi. Ancaq sonradan məhkəmə həmin gənci 5 min lari (2500 manat) cərimə qarşılığında azadlığa buraxdı. Bizdə isə döyülmə faktını ört-basdır edir-lər. Guya oğlum barışıq ərizəsi yazıb”.

Barışıq üçün abunə kart vermək istəyiblər

Ata Nəbiyev “İnter” rəhbərliyindən də narazılığını dilə gətirdi. Əcnəbi futbolçuların öz-başınalıq etməsinin, qanunları vecinə almamasının günahının klub rəsmilərində olduğunu söylədi: “Bütün günahlar klub rəhbərliyindədi. Onlar əcnəbi futbolçulara ölkəmizin qayda-qanunlarını başa salsalar, belə hadisələr yaşanmaz. Bir dəfə başverənlərlə bağlı “İn-ter”dən Müzəffər (vitse-prezident Müzəffər Novruzəliyevi nəzərdə tutur – R.) adlı biri zəng vurdu və görüşmək istədiyini söylədi. Mən həmin adamla görüşə vəkili göndərdim. Onunla necə üz-üzə gələ bilərdim ki, həmin adam restorandakı olayın ertəsi günü ora baş çəkib və bü-tün kollektivin qarşısında “hələ onlar bizi yaxşı tanımırlar” söyləyib. Həmin Müzəffər vəkildən nə istədiyimizi soruşub. Biz nə istəyirik, cinayətkarların layiqli cəzalanmasını və Elçin yataqda qaldığı zaman dava-dərmana çəkdiyimiz xərcləri. Oğlumun barmaqları sınmış, bir çox bədən üzvləri ağır xəsarət almışdı. “İnter” rəhbərliyi bu xərcləri ödəmək əvəzinə bizə komandanın oyunlarına baxmaq üçün kart təqdim etmək istədilər. Kimə lazımdı onların verdiyi abunə kartı? Oğlum həmin olayda həm mənəvi, həm də fiziki təzyiqə məruz qalıb”.

Novruzəliyev ittihamlarla razılaşmadı

Məsələ ilə bağlı “İnter”in vitse-prezidenti Müzəffər Novruzəliyevin də mövqeyini öyrən-məyi lazım bildik. Müzəffər bəy söylənilənlərlə razılaşmadı: “Həmin vaxt futbolçularla yanaşı, onların ailələri də ziyafətdə iştirak ediblər. Klub prezidenti Georgi Nikolov xa-nımı, baş məşqçi Kaxaber Tsxadadze isə qızı ilə orda olub. Sizcə, onların yanında futbolçu-lar hansısa tərbiyəsizliyə yol verər? Sadəcə, arada bir balaca narazılıq olub. Sonradan hər şey yoluna qoyulub. Olayın ertəsi Elçin və qardaşı ilə görüşmüşəm. Qardaşı məsələnin həll olunduğunu söylədi. Sonradan polisdən zəng vurub dedilər ki, sizdən şikayət var. Qurban kişi ilə də əlaqə saxladım. O mənə dedi ki, sizinlə vəkil görüşəcək. Qarşı tərəf iddia edir ki, müa-licə xərclərini ödəyək. Elçinə nə olmuşdu ki? Bir balaca gözünün altı qaralmışdı. Həkim rəyində də göstərilib ki, sağlamlığa zərər vuran xəsarət yoxdu. Bu haqda Nikolovla da danış-dım. Klub prezidenti onları ofisə dəvət etdi, çay süfrəsi arxasında məsələni həll etməyi məs-ləhət gördü. Prezident onu da dedi ki, klub adından Elçinə hədiyyə də verilər. Ancaq onlar bi-zim təklifimizi qəbul etmədilər. Nəbiyevlərin bir istəyi var: bizdən pul qoparmaq. Ancaq onla-rın bu istəyini həyata keçirməyəcəyik. Biz istədik barışıq olsun, hər şey sülhlə yekunlaş-sın. Qurban kişiyə və vəkilə də demişəm, yenə təkrarlayıram: Elçinlə qardaşı futbolçularla barışıb. Ancaq ataları bununla razılaşmır. Futbolçularla problemləri varsa, özləri həll etsin. Nəyə görə klub heç nədən kiməsə pul verməlidi?”/Futbol+

Fikirlərini bizimlə bölüş!