“Kəpəz”in İdarə Heyəti ləğv olunur – EKSKLÜZİV

1 minute

Son mövsümdə özünü doğrultmayan və kluba maliyyə yatırmayan “Kəpəz”in İdarə Heyəti ləğv olunur. Bu məqsədlə qurumda təmsil olunan üzvlərin ərizələri alınıb.

Gəncə təmsilçisindən ötən ay imtina edən sədr Adil Vəliyev, üzvlər, onun yaxın qohumları, xalası oğlu Erkin İbrahimov, qayınatası Afiq Süleymanov və dostu Fərman Əlizadə istefalarını AFFA-ya təqdim ediblər. Bununla da klub indiki rəhbərlikdən geri alınacaq.

Hazırda AFFA tərəfindən təyin edilən əməkdaşlar bu prosesi yoluna qoymaq üçün “Kəpəz”də işə başlayıblar.

Bundan əlavə son mövsümdə dövlət tərəfindən dotasiya olunan maliyyənin, eləcə də UEFA-dan “Qarabağ”a görə kluba gələn pulların, əvvəlki rəhbərlikdən büdcədə qalan gəlirlərin istiqamətlər üzrə necə xərcləndiyi təftiş olunacaq.


Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Thank you for your response. ✨

Şərhlər