“Kəpəz”in adil olmayan addımları

AZFUTBOL REDAKSİYASIREDAKSİYANIN BƏYANATI

AZFUTBOLa kiberhücumlar haradan qaynaqlanır ?

Yayda futbol ictimaiyyətinə kələk gələrək, “Kəpəz”i ələ keçirən Adil Vəliyev və dəstəsi bəd əməllərindən qalmır. Sponsorluq və iddialı komanda vədinə xilaf çıxan Gəncə təmsilçisinin yeni rəhbərliyi indiyədək cibindən bir qara qəpik xərcləməyib. Eləcə AFFA və UEFA-nın “Kəpəz”in inkişaf etməsi üçün mərhələli şəkildə ayırdığı dotasiyanın üzərinə çökməklə məşğuldular.

Kadrları da özü kimi birmənalı qarşılanmayan Vəliyevin idarəçiliyində klub nəinki inkişaf edir, ancaq var olmağa çalışır. Elitadan düşmə təhlükəsi real qaldığından, “Kəpəz”in varlığı da bu adamların çirkin niyyəti ucbatından sual altındadı.

Şəhərimizin adlı-sanlı klubunun bir qrup Gəncə futboluna yad ünsür tərəfindən bu cür şəxsi maraqlar üçün istismar edilməsi və faktiki “Kəpəz”in taleyi ilə oynamaları, əlbəttə bizi narahat etməyə bilməz. Çoxminli azarkeşlərin haqlı narazılığını da nəzərə alaraq, klub ətrafında baş verənləri diqqətlə izləyir, yol verdikləri nöqsanları bütün çılpaqlığı ilə ictimaiyyətin diqqətinə çatdırırıq.

Amma bu adamlar hoqqalarının səs-səmirsiz ötməyəcəyini başa düşüb, daşı ətəklərindən tökmək əvəzinə, nöqsan üstünə nöqsan işləyirlər. Çünki məqsəd və məramları lap əzəldən doğru deyil.

Təsadüfi deyil ki, hər dəfə AZFUTBOLda “Kəpəz”lə bağlı yazı dərc edilən kimi, səhifəmiz ardıcıl kibertəzyiqə məruz qalır. Fişinq hücumlarla səhifəmizi ələ keçirməyə çalışırlar. Sifarişin haradan gəldiyi aydın məsələdi…

Deyilənə görə, sıx bağlı olduğu biznes şəriki Adnan Əhmədzadinin dövlətə xəyanətdə ittiham edilib DTX tərəfindən həbs edilməsindən sonra, Vəliyev və başının dəsti mediada haqqlarında yer alan məlumatlara çox həssasdılar. Ona görə də, hər vəclə bunun qarşısını almağa çalışırlar. Amma pis vərdişlərdinən əl çəkməklə yox, danışanların ağzını qapamaq cəhdləriylə.

Qaquliklər, vallah, bizi susdurmaq sizin çapınız üçün deyil! Ucuz və cılız kimliyiniz azad medianı boğmaq cəhdlərinizdən sizi ələ verir.

Bizimlə də görüşmək-danışmaq-razılaşmaq istədiz, amma üz vermədik. Ağlınız qabağına pul atıb, səsini kəsdiklərinizə getməsin. “Kəpəz”i sizi kimilərdən xilas etməmiş, dayanan deyilik. Bütün paxırlarınızı, çirkin oyunlarınızı bir-bir ortaya qoyacağıq.

Daha çox deyək, bu hələ ilkin nəvaziş idi. Konsert qabaqdadı. Dövrün tələb və ehtiyacını nəzərə alaraq, fasiləyə son qoymaq və tezliklə saytımızın tam fəaliyyətinı bərpa etməyə qərar vermişik. Seyrə davam!

AZFUTBOL

Fikirlərini bizimlə bölüş!

E-poçt ünvanınız yayımlanmayacaq. * işarəli sahələr mütləqdir.