Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Konservləşdirilmiş donuz başının nağılı

Bildiyiniz kimi, artıq neçə gündü "Neftçi"nin kapitanı Rəşad Sadiqovun "Xəzər Lənkəran"a mümkün keçidi müzakirə olunur. Keçiddə adı hallanan klublar və elə səbəbkar da bu xəbərlərə etiraz etmirsə, deməli, yaxın günlərdə Azərbaycan futbol tarixinin ən böyük satqınlıqların-dan birinə şahidlik edəcəyik. Əzəli rəqiblərin birindən o birinin düşərgəsinə keçən sıravi oyunçu olsaydı, kapitan sarğısını daşımasaydı, bəlkə də mən heç bu mövzuya toxunmayacaq-dım. Amma söhbət kapitandan, bu adı daşıyanın məsuliyyətindən, ümumiyyətlə, ölkə futbolu üçün aktual olan "pul, yoxsa sədaqət" dilemmasından gedirsə, biganə qalmaq çətindi…

…İş ondadı ki, qəzetimizin ötən sayına açıqlama verən Azər Məmmədov, Samir Abasov və Ruslan Abbasov da gülünc dəlillərlə Rəşadın addımına haqq qazandırmağa çalışıb. Şəxsən mən azər-baycanlı futbolçular üçün vəfa, sədaqət, mənəvi borc anlayışlarının, mənəvi dəyərlərin tua-let kağızından artıq məna daşımadığını, pul kisəsinin onları riqqətə gətirən ən böyük dəyər olduğunu bilirdim. Amma indi bunu kütləvi şəkildə etiraf edirlərsə, onda anladacağım bəzi mətləblər var.

Bir böyük klubun formasını geymək, illər uzunu onun çörəyini yemək, nəhayət, həm də kapitan sarğısını daşımaq artıq adamın boynuna müəyyən yük, vəzifə, öhdəlik qoyur. Yəni sən camiə-nin önəmli parçasına çevrilirsən, tutaq ki, ağ-qara (və ya ağ-yaşıl…) rənglərə könül verən uşaqların səcdəgahı olursan, onlar sənin oyununla yanaşı, həm də futbolçu kimliyindən-ki-şiliyindən, sadiqliyindən örnək götürür, böyüyəndə sənə oxşamağa çalışır. Sən minlərlə azarkeşin səcdəgahı kimi bəzi məqamlarda hətta müqavilədəki məbləğə baxmadan belə altına imza qoyursan, çünki klub və azarkeşlər sənin adınla qürur duyur, formanı şərəflə, duyğuları-na əsir düşərək daşıdığının fərqindədi və onlar da sənə karyeranı bitirəndən sonra da sayğı göstərməyə borcludu. Açığı, bu cümlələri yazıram, yaza-yaza da düşünürəm ki, yəni Azər, Sa-mir və Ruslan bundan nəsə götürəcəkmi? Qoy olsun, götürsələr də, götürməsələr də, yazmağa borcluyam. Hələ sonda onlar üçün donuz başının misalını da çəkəcəyəm…

Beləliklə, yuxarıda adı çəkilən kapitanlar Rəşadın addımını istisnasız maliyyə mülahizə-ləri ilə bağlayır, Azərbaycandakı futbolçuların "acından günorta durduğunu", həyatdakı bü-tün fədakarlıqların arxasında pulun dayandığını iddia edir. Əlbəttə, gülüncdü, absurddu və ondan da betərdi. Bu məqamda son müsahibələrinin birində azərbaycanlı futbolçunun obrazı-nı bütün çılpaqlığı ilə açan, buna görə hətta ayağı top tutanların hücumuna məruz qalan Bəh-ram Bağırzadənin mövqeyini ikiəlli dəstəkləmək istəyirəm. Yalandan özünü cırmaqla deyil ki! Gerçəklik budu ki, aldığınız pul meydanda göstərdiyiniz oyunla uzlaşmır və deməli, əli-qolu mazutun içində bu ölkənin büdcəsini formalaşdırmaq üçün əziyyət çəkən sıravi neftçi və-tənin adı və şərəfi naminə sizdən daha çox çalışır. Məsələnin ikinci tərəfi: pul insan üçün bütün dəyərlərdən vacibdisə, bədənini hər yetənə satan küçə qadınları niyə ictimai qınağa məruz qalır, niyə addımbaşı təhqir olunurlar?

Aydındı ki, lənkəranlı azarkeşlər də Rəşadı könül xoşluğu ilə qarşılayacaq, şəninə difi-ramblar oxuyacaq və tərif deyəcəklər. Mən heç də təəccüblənmirəm: azarkeş azarkeş olsaydı, ötən il avqustun 25-də Lənkəranda tutulanlar o qədər iş almazdı, o işi oxuyan hakim üçün bu ge-niş dünyanı cəhənnəmə döndərərdilər. Azarkeş azarkeş olsaydı, çempion "Qarabağ"ın fasi-lədən sonrakı ilk məşqinə təşrif buyurardı. Və elə azarkeş olmayan azarkeşlər, sədaqət və və-fa anlayışlarından xəbərsiz futbolçular üçün "Barselona"nın tarixinə ilk əcnəbi kapitan ki-mi düşən Luiş Fiqunun "Real"a keçidini müşayiət edən bir hadisəni xatırlamaq istəyirəm. Fiqu 2000-in yayında Florentino Peresin pulunun parıltısına aldanıb Barselonadan Madridə köçdü. "Real"ın oyunçusu kimi Barselonaya ilk səfərində isə yerli azarkeşlərin fit səsləri, nifrət və həqarət ilə üzləşdi. Azarkeşlərdən biri dözməyərək, portuqaliyalı ulduza qaxac do-nuz başı atmışdı. İndi "Barsa"nın muzeyində saxlanılan konservləşdirilmiş donuz başı ət-rafında gedən müzakirələrə əfsanəvi Xristo Stoiçkov da qoşulmuş və düz bu ifadəni işlətmiş-di: "Sən donuzsansa, üzərinə atılan donuz başlarına görə təəccüblənməyə dəyməz".
…Daha nə əlavə edim?!

Fikirlərini bizimlə bölüş!