“Kəpəz”də “təmizləmə” əməliyyatı: Ruslan Məmmədovun karyerası bitdi?

“Kəpəz”də “təmizləmə” əməliyyatı: Ruslan Məmmədovun karyerası bitdi? — illüstrasiya

​”Kəpəz”də hakimiyyət dəyişikliyi rəsmiləşib. Klubun İdarə Heyətinin yeni sədri Anar Abdullayev olur, Umud Tarverdiyev və Fərman Əlizadə isə qurumun tərkibinə daxil edilib.

​Lakin bu təyinatlar bəzi kadr dəyişikliklərinin anonsu kimi qiymətləndirilir.

Əldə etdiyimiz məlumata görə, dəyişiklikdən sonra ilk zərbə icraçı direktor Ruslan Məmmədova dəyəcək. Azarkeşlərlə qurduğu gərgin münasibətlər və davam edən narazılıqlar nəhayət ki, Məmmədovun istefası ilə nəticələnəcək.

Mənbəmiz iddia edir ki, bu qərar artıq qaçılmazdı və onun yerini Umud Tarverdiyev tutacaq.

İş təkcə bununla bitmir. Məlumatlara görə, Ruslan Məmmədovun “himayədarı” hesab olunan Fərman Əlizadənin də postunda qalması müvəqqəti xarakter daşıyır və yaxın zamanda o da “Kəpəz”dən uzaqlaşdırılacaq.

Görünən odu ki, klubda köhnə komandanın və “kadr siyasətinin” sonu çatıb.

İxtiyar ƏSGƏROV

“Kəpəz”də “təmizləmə” əməliyyatı: Ruslan Məmmədovun karyerası bitdi? — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!