Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Mən Rövnəq Abdullayev olsaydım…

O iddiada deyiləm ki, Rövnəq Abdullayevlə yerimiz səhv düşüb. Kişi öz sahəsinin ustasıdı, mən isə heç sıravi neftçi də deyiləm. Elementar sual versə, məsələn, "Bəxtiyar" filmindəki kimi, Azərbaycanda ən dərin quyunun neçə metr qazıldığını soruşsa, cavab verə bilməyəcəm. İda-rəçiliyinə söz yoxdu, amma əminəm ki, onun da məsləhətə ehtiyacı var. Dinləməz, heç dinləməsin. Amma mən iddiamı səsləndirəcəm…

Rövnəq Abdullayevin yerinə olsaydım, Berti Foqtsun cibinə üç-beş marka qoyub yığmadan öz təbirincə desəm, qavalayar, Qurban Qurbanovu baş məşqçi qoyardım. O bu post üçün artıq bişib, özünü-sözünü bilir, taktiki biliyi əvəzetmələrindən bəllidi. Lap elə Foqtsun acığına, Rey-naldoya, üstəlik, Almeydaya (onun da gözü millidədi: həmyerlisinin "milliləşdirilməsi" gündəmə gələndən sonra bikef görünür) Azərbaycan pasportu düz-qoş edib Qurbanın sərəncamı-na verərdim. Elxan Məmmədov bu işi bacarmasa, futzal yığmasını "braziliyalılaşdıran" Za-ur Axundovu işə qoşardım.

Rövnəq bəyin səlahiyyətləri məndə olsa, AÇ-2020 yığmasının prototipini indidən yaradar, onu Nazim Süleymanova həvalə edər, U-2020 adıyla bu il 17, gələn il 19 yaşlıların çempiona-tında, sonra növbə ilə divizionda və premyer-liqada iştirakına şərait yaradardım.

Rövnəq Abdullayev olsam, televiziya kanalı yaradar, Məzahir Süleymanovu ona rəhbər təyin edər, AFFA-nın bayrağı altında keçirilən bütün yarışları yayınlamağı tapşırar, premyer-liqaya aid verilişlərin çeşidini artırar, ölkənin bütün çalışqan reportyorlarını və tele-viziya işçilərini ora cəlb edərdim.

AFFA prezidenti olsam, hakimlər və hakim-inspektorlar komitəsini birləşdirər, ikisinin idarəçiliyini Tahir Süleymanova verərdim. Ona səlahiyyət verərdim ki, azı soyadı uyğun gə-lən bütün qohum hakim və inspektorlardan yalnız birini saxlasın, könüllülük prinsipi ilə atanı oğuldan, əmini əmioğlundan, dayını bacoğludan ayırardım. Qarşısına tələb qoyardım ki, həmin qurumun – adını Hakim və İnspektorlar Departamenti qoymaq olar – bütün fəaliyyəti şəffaf təşkil edilsin, hakimlərin qiyməti və başqa qərarlar mətbuata ötürülsün.

Maddi durumunu əsas gətirib AFFA-nın himayəsinə sığınan, SOCAR və onun törəmə şirkətlə-rinin sponsorluğundan yararlanan komandalar üçüb ayrıca liqa təşkil etmək ən effektiv üsul-du. Bu yolla futbolun kütləviliyinin azalmasının qarşısını almaq mümkündü. Ancaq ucdantut-ma hamı AFFA-ya qaçmasın deyə həmin liqanın nəticələrini formal elan edərdim. Yəni deyək ki, "SOCAR liqa" adlandıra biləcəyimiz çempionatda yarışan klublar Avroliqaya buraxılma-yacaq. Əvəzində futbolun kütləviliyinin azalmasının qarşısını almaq üçün "Neftçala", "Kə-pəz", "Sumqayıt", lap elə "Neftçi"nin özünü həmin çempionatda oynadardım. Kim iddiasını ar-tırmaq istəsə və müstəqil sponsor tapsa, o zaman peşəkar liqaya keçməsinə imkan verərdim.

Nəhayət, AFFA prezidentinin səlahiyyətləri məndə olsa, yerli oyunçuların qazancının stan-dart maaş formasına salınması ideyasını həyata keçirərəm. Gənclərlə təcrübəlilər, zəif-lərlə güclülər arasında fərq qoymaq üçün belə bir qayda tətbiq edərəm: premyer-liqada x oyuna çıxana z, bu qədər oyunda meydanda olub azı u qol vuran futbolçuya 2z manat bonus veriləcək. Be-lədə yerlilər legionerlərlə öcəşməyəcək, başı əlavə bonuslara yiyələnmək üçün qan-tər axıtmağa qarışacaq. Klubların həmin qaydadan irəli gələn maliyyəni qarşılamasına yardı-mı da boynuma götürərəm.

Mən Rövnəq Abdullayev olsam… İlk növbədə yuxarıda sadaladıqlarımı həyata keçirərəm.

Fikirlərini bizimlə bölüş!