Legioner futbolçuların Azərbaycan millisinə heç bir fayda vermədiyi faktdı. İllərdir bu haqda minlərlə yazı yazılsa da əhəmiyyət verən yoxdu.
Dağıstanın düzündə, Rusiya, Türkiyə, Ukrayna, Almaniyanın həvəskar liqalarında Azərbaycana heç bir bağlılığı olmayan nə qədər lazımsız futbolçu var hamısı milli komandamızda sınaqdan keçirilir. Nəticədə də bu cür hadisələr olur.
Hətta Azərbaycan pasportu verilib milli komandalarımızın forması geyindirilən legionerlər bəzən Ermənistan klublarında oynayır. İnanmırsınız? O zaman bədnam qonşularımızın təmsilçisi “Pünik”in heyətinə baxın. Maqomed Musalov ad-soyadlı dağıstanlı futbolçunu görəcəksiniz. Onu vaxtilə Azərbaycan kökənli adı ilə milli komandamıza soxuşdurublar. Və bir gün Maqa “Azərbaycanlı futbolçu Ermənistan klubunda” xəbərinin qəhrəmanına çevrilib.
Azərbaycan milli komandalarına gətirilən legionerlər futbolda heç bir fayda verməməklə yanaşı, bəzən bütün dəyərlərə tüpürüb belə addımlar da atırlar. Bunun günahı isə həmin legionerlərdə deyil, onlara Azərbaycanın müqəddəs milli formasını layiq bilən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında və konkret bu işə rəhbərlik edən Elxan Məmmədovdadı. Anar ŞABANOĞLU
Milli futbolçunun erməni qardaşlığı… Millidə debüt edən Aleksey İsayevi erməni dostu təbrik edib. Lyoşa da bunu fəxrlə sosial şəbəkəyə çıxarıb ki, hamı görsün.




Fikirlərini bizimlə bölüş!