Lənkəranda keçirilən “Böyük oyun”dan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin dedikləri gərginliyə səbəb olub. Özünü “xalq komandası” adlandıran “Neftçi”nin baş məşqçisi sözün əsl mənasında separatçı bir çıxış etdi. Naxçıvanlı-talış məsələsini qabardan “Zəif” ləqəbi bu şəxs “Neftçi”nin dolayısı ilə naxçıvanlıların komandası olduğunu etiraf etmiş oldu:
“Cənubi Kiprdə APOEL-lə oyunda bu qədər problem yaşamamışdıq. Maşının şüşəsini sındırdılar, təhqir etdilər, daş atdılar…. Mən fikirləşirdim ki, naxçıvanlılarla talışların oxşar cəhəti var. Ancaq indi qətiyyətlə deyirəm ki, heç bir oxşarlıq yoxdur”.
Qeyd edək ki, “Neftçi”nin prezidenti Sadıq Sadıqov naxçıvanlıdır. Baş məşqçi də eləcə. Klubun mühafizə xidmətində də naxçıvanlılar çoxluq təşkil edir.
Elə Nazim Süleymanovun da “Neftçi”nin baş məşqçisi postundan uzaqlaşdırılması və yerinə yenidən naxçıvanlı Böyükağa Hacıyevin gətirilməsi Sadıq Sadıqovun prezidenti olduğu komandanın Bakını deyil, muxtar respublikanı təmsil etdiyi göstərmiş oldu…
Əslində isə Böyükağa Hacıyev başda olmaqla Sadıq Sadıqovun naxçıvanlıların adından danışmasına haqqı yoxdur. Bunun üçün onların nə savadı, nə də dünya görüşləri yoxdur. Naxçıvandan xalqımızın bir çox ziyalıları çıxıb, dövlətə və dövlətçiliyə sədaqətini nümayiş etdirib. Bu adamların fonunda cılız Böyükağa Hacıyevin naxçıvanlıların adından danışması və onları talışlarla, daha doğrusu cənub zonasından olanlarla müqayisə etməsi heç bir məntiqə sığmır. Böyükağa Hacıyevin açıqlamalarında cinayət tərkibi var. Onun barəsində müvafiq qurumlar tədbir görməsə, bu işin axırı heçdə yaxşı qutarmayacaq.
Ölkəmizin dörd bir tərəfdən düşmən dövlətlə ilə əhatə olunduğunu və düşmənlərimizin hər vəhclə Azərbaycanımızda sabitliyi pozmağa çalışdığını nəzərə alsaq, onda Böyükağa Hacıyevin kimə və nəyə xidmət etdiyini başa düşmək çətin deyil. Bəlkə bu adam nə etdiyinin və nə dediyinin fərqində deyil. Ancaq “Neftçi” kimi komandanın baş məşqçisindən bu cür sözlərin deyilməsi düşmən dəyirmanına su tökmək kimi bir şeydir. Özü insan və şəxsiyyət baxımından aşağı keyfiyyətləri ilə diqqətləri çəkən Böyükağa Hacıyev belə olsa, separatçılıq meyllərini yayan şəxs layiqli cəzasını almalıdır. Özü də bu birinci dəfə deyil…
Əzəli rəqiblərin oyununda azarkeşlərin çılğınlığı stadiondan qırağa çıxmır. Bu təkcə “Neftçi” və “Xəzər Lənkəran” azarkeşlərinə aid deyil. Dünyanın bir çox ölkələrində keçirilən derbilər zamanı rəqib futbolçuların və rəhbərliyinin təhqir olunamsı artıq adiləşib. Bunun fonunda heç bir komandanın səlahiyətli şəxsləri boğazdan yuxarı danışmırlar. Böyükağa Hacıyev başda olmaqla “Neftçi” rəhbərliyinin dedikləri isə tam fərqlidir. Bəlkə bu insanlar özlərini ari iqrdən sayır, Azərbaycan xalqına yixardan aşağı baxır…
Kim bilir bəlkə bu xaricdən gələn sifarişdir…
http://www.youtube.com/watch?v=kb3dTPzKenw#t=11




Fikirlərini bizimlə bölüş!