Dəyərli həmkarlardan biri yazıb ki, “Zirə” bunun üçün bu qədər milyonlar tökürdü?
Əslində bu sual tamamilə “Neftçi”nin əyninə oturur. Mövsüm ərzində ilk mərhələdən uduzmaq üçün çalışılırdı?
“Neftçi”dən bu şəxslər getməlidir. Ad çəkmirəm, hamısını yaxşı tanıyırsız…
– Baş icraçı direktor. Klubu klub edə bilmədiyi, öz yan-yörəsini – hüquqşünasından tutmuş Akademiya direktoruna kimi kluba yığıb gətirdiyi üçün, Abubakar kimi oyunçunu gətirməklə yalnız sadəlövh azarkeşin başını mövsümlük aldatdığı üçün.
– Bu futbolçuları bura gətirən menecer. Başa düşməlidir ki, “Neftçi” havayı pul yemək yeri deyil.
– Əcnəbi futbolçular. İmad Faracından tutmuş Sakosuna kimi heç biri “Neftçi” forması geyinməyə layiq deyil.
Kimlər işinə davam etməlidir?
– Yuri Vernidub. Bu kişi ötən mövsüm belə bədnam heyətlə komandanı bu yerə gətirib çıxardığı üçün. Artıq məşqçilər transferi öz əlinə almalıdır. Yoxsa, Piriçin meneceri kimi çoxları çıxıb klub əleyhinə danışacaq..
– Zaur Əzizov. Vernidubu tapıb gətirdiyi üçün.
– Mətbuat xidməti. Bizdə rəhbərlik dəyişəndə mətbuata kimi dəyişirlər. Bu nəticələrdə günahı olmayanlar həm də onlardır.
Sabuhi MUSA


Fikirlərini bizimlə bölüş!