– Salam, Azərbaycan futbolu!
– Əleyküm-salam.
– Necəsən, nə var, nə yox?
– Şükür, yaşayırıq özümüz üçün. Sən necəsən?
– Əşi, məni boş ver eee. Sən deyəsən, özün üçün də yaşaya bilmirsən axı.
– Necə ki?
– Eşitdim o gün komandalarından biri – “Lokomotiv” pul tapa bilmədiyi üçün oyunu yarımçıq tərk edib axı. Ha-ha-ha) Əəə, bə deyirdin…
– Burda gülməli nəsə var?
– Əlbəttə, var.
– Məsələn, nə var?
– Sən mənə de görüm indiyə kimi neçə klubun “başını yemisən”?
– Mən hardan bilim e? Sənin işin-gücün yoxdu?
– Yox e, de. Deməlisən. Deməsən, inciyərəm, sən öl.
– Olub da. 10… Bəlkə 20… Ya da 30. Niyə soruşursan ki?
– Bir söz desəm, xətrinə dəyməz?
– Baxır sözə də.
– Məsələn, desəm ki, çox sırtıqsan, xətrinə dəyər?
– …
– Nə oldu?
– …
– Azərbaycan futbolu!
– Nə var eee?
– Niyə ölmürsən?
– …
– Niyə Koroğlu körpüsünün üstünə çıxıb ordan özünü aşağı atıb intihar eləmirsən?
– …
– Niyə ildə bir klubun “başını yemək” sənin başını ağartmır?
– …
– …Niyə dünyanın bu düz vaxtı bir klubun oyuna getməyə futbolçu tapa bilmir, yediyi buterbrodlardan futbolçuları zəhərlənir, amma sən zəhər içib o dünyalıq olmursan?
– ….
– …Niyə “Araz Naxçıvan”ın vaxtsız vaxtsız rəhmətə getməsi sənin belini bükmədi, qəddini əymədi?
– …
– Azərbaycan futbolu!
– Nədi eee?
– Canına azzardı!
– Niyə eee?
– Sən hansı üzlə Bakıda qız futbolçular arasında dünya çempionatı keçirirdin?
– …
– Sən hansı sifətlə Bakıda hərbçilər arasında dünya çempionatı keçirirdin?
– …
– Sən hansı simayla AÇ-2020-nin oyunlarını Bakıda keçirmək istəyirsən?
– …
– Azərbaycan futbolu!
– Nə var eee?
– Sənin vicdanın var?
– …
– Sənin özünə bir az da olsa hörmətin var?
– …
– Sən… Lənət sənə, kor şeytan! Sən 7 il burda “nemes”i – Berti Foqtsu yedirdib içirdin, milyonlar verdin ona. Amma öz komandaların aclıqdan az qala it kimi gəbərir! Azərbaycan futbolu!
– …
– Sən hansı ağılla “Atletiko”nu, “Lans”ın cibini, qarnını doyurursan ki, sənin öz “Lolomotiv”in, “Bakı”n acından ölür? Səninləyəm e, Azərbaycan futbolu!
– …
– Sən öz Premyer Liqanda oynatmağa komanda tapa bilmirsən, başqasının çempionatında klub maliyyələşdirirsən. Pulun çoxdu?
– …
– Pulun çoxdu, ver də “Şuşa”ya. Dəsmal əllərindən düşmür, bütün günü “acından ölürük” deyib, ağlaşma qururlar.
– …
– Azərbaycan futbolu!
– …
– Sən heç Koroğlu körpüsünün də üstünə çıxma, rəhmətliyin ruhu inciyər. Siçan zəhərindən-zaddan tap, iç. Sənə elə ölüm yaraşar.
– …
– Azərbaycan fut…
– Ay can!
– Daha heç nə! Ölmürsən də.




Fikirlərini bizimlə bölüş!