UEFA İntizam Komitəsinin Andorra – Azərbaycan (1:3) yoldaşlıq oyunu ilə bağlı araşdırmaya başladığı bildirilir.
AFFA-dan verilən məlumata görə, qarşılaşmanın 64-cü dəqiqəsində Emin Mahmudov meydanı tərk edərkən kapitanlıq sarğısını qəbul etmək üçün Bədavi Hüseynov meydana daxil olub.
Lakin sonradan məlum olub ki, Hüseynov oyunun iştirak ərizəsində qeydiyyata alınmayıb.
Maraqlıdır ki, AFFA-nın rəsmi sosial şəbəkə hesablarında qarşılaşmadan əvvəl paylaşılan heyət siyahısında da Bədavinin adı yer almayıb.
İddialara görə, AFFA rəhbərliyi oyundan sonra yaranmış vəziyyəti ictimaiyyətdən gizlətmək məqsədilə həmin paylaşımın silinməsi barədə göstəriş verib. Nəticədə post Facebook və Instagram hesablarından silinsə də, Threads platformasında qalıb.
Qeyd edək ki, Azərbaycan millisi tarixində ilk dəfə texniki məğlubiyyət ala bilər.




Fikirlərini bizimlə bölüş!