UEFA-nın yeyilmiş haqqını "Qarabağ"a qaytarmayacağını bilə-bilə gözləyirdik. Ali futbol qurumunun İntizam və Nəzarət Komitəsi nəzərdə tutulan vaxtda şikayətə baxdı və iddianı rədd etdi. Hakimiyyətdə olduğu dönəmdə yürütdüyü siyasət, həyata keçirdiyi dəyişikliklər ilə tez-tez gündəmə gələn və qınanan Mişel Platinin rəhbərlik etdiyi UEFA-nın "yox" deməsində qeyri-adi nəsə yoxdu. Türkiyəli vəkil Qürur Qaye Günalın futbolsevərlərin qürur mənbəyinin müdafiəsinə qalxması, sadəcə, döyüşçü ruhunun ölmədiyinə bariz nümunə idi. Və vəkilin bacardığını etdiyinə əsla şübhəm yoxdu. Platininin beyninə tapança dirəyib "yaz, mən Mişel Aldo oğlu Platini" dedirtməyəcəkdi ki…
Mövzu sədası dolu tribunalarda şoka düşən azarkeşlərin qulağından getməyəcək fitin verildiyi andaca qapanmışdı. Hə, əllərində əlac olsaydı, Riçard Almeyda qapı torunu qaydalar çərçivəsində silkələyərkən coşanların çoxu Zelinkanın ağ ciyərini yerindən çıxarar, bir udum havanın bir düdüyün içindən keçərək o boyda məyusluğa yol açmasına izn verməzdi. Yal-nız "Qarabağ"ın yox, Azərbaycan xalqının reallığa söykənən ümidlərinin qatili – çex hakim Miroslav Zelinkanın cəzasız qalması isə heç bir məntiqə sığmadı.
"Qətl" baş verəndən sonra referinin hərəkəti haqda müxtəlif fərziyyələr səsləndirilmiş, gümanlar dilə gətirilmişdi. Bəziləri UEFA-nın Ukrayna "Dnepr"inə yardım məqsədiylə "köh-lən atlar"ı "vurduğunu" ön plkana çəkərək fikrini əsaslandırmağa çalışırdısa, digərləri er-məni lobbisinin UEFA başqanını necə satın aldığını üzə çıxarmağa çalışırdı. Hələ Zelin-kanın özünə, nəsil-nəcabətinə bəs edəcək qədər para verildiyini ən ağlabatan variant kimi qə-bul edənlər də az deyildi. Bunu adi hakim səhvi qismində dəyərləndirənlər isə ən sadə məntiq yürüdənlər olaraq olayın ağırlığını üzərindən başqalarından tez atdı.
Ən azı ədalətin müəyyən hissəsi bərpa olunsaydı, Zelinka FİFA və UEFA bayrağı altında keçirilən oyunlarda fit çalmaq hüququndan müəyyən müddətə məhrum edilsəydi, "Qarabağ" və onu se-vənlər təsəlli tapardı. Əlbəttə, təsəllinin heç nəyi dəyişmədiyini qabardanlar praqmatik düşüncəli insanlardı və o gecə milyonlarla insanın yuxusunu ərşə çəkən adam işlədiyi günahın cəzasını mütləq almalıydı. Avropalı ədalət təmsilçisini çəkinmədən bir qrup dinc sakini hansısa nüvə silahının köməyi ilə öldürmüş cinayətkarla müqayisə etmək olar. Məgər bilərəkdən və ya bilməyərəkdən belə cinayəti törətmiş biri azadlıqda gəzə bilər?
Futbolu dünya içində dünya adlandırmaqla yeni fikir yazmış sayılmıram. İçində olduğumuz futbol dünyasındakı bu haqsızlıq və saymazyanalıq lap yuxarıda əyləşənlərin kimliyini tam çılpaqlığıyla üzə çıxardı. Qitə futbol qurumu "Qarabağ"ın apellyasiya şikayəti vermək hüququnu tanımaqla kifayətlənib. Növbəti addımın vəziyyəti dəyişəcəyinə inanmaq üçün isə sadəlövh olmalısan. Məncə, "Qarabağ" son nəticədə uğur qazanmayacağını anladığı halda apellyasiya şikayəti verməlidi. Komanda meydanda sonadək döyüşdüyü kimi, klub da inadından dön-məməlidi.
Təbii, 5 aydan sonra yeni avrokubok mövsümü başlayır. Sabit çıxışını daxili birincilikdə davam etdirən ağdamlıları yeni macəra gözləyir. Ən azı UEFA-nın göndərdiyi "killerlər"in növbəti "güllələr"indən qorunmaq üçün üsyan etmək bacarığımızı göstərməliyik.
Futbol dünyası böyükdü… Klub böyüdükcə boyu böyük dünyanın böyük turnirlərinə çatır. Əsas odu ki, haqqında danışdığımız dünyanın başbilənləri "Qarabağ"ın böyüdüyünü görür. Gözləri öyrəşəndən sonra haqqını da yeməyəcəklər. İnanmırsız? Onda bu yayı gözləyin!




Fikirlərini bizimlə bölüş!