Premyer Liqada əcnəbi sevdası

Premyer Liqada əcnəbi sevdası — illüstrasiya

Mövsümlər arası fasilədə 12 klubumuz 59 legionerlə yolları ayırıbsa, əvəzində 62 əcnəbi transfer edib.

Hətta gələnlərin siyahısı mütləq genişlənəcək. Bu gün düşərgələrdə olan, amma rəsmi açıqlanmayan ən azı 6-7 legioner var.

Biz hələ legioner limitin ləğvinə hazırlıq gedəndə deyirdik ki, qərar işbazların işinə yaramaqla bərabər, olub-qalan yerli oyunçuların da məhvinə səbəb olacaq.

Legioner limiti ilə bağlı rəsmi qərar: AFFA, 3 fevral 2025.

Proses sürətlə davam etdirilir.

12 klub yola saldığı 60 yerli oyunçunu 40 yeni yerli oyunçu ilə əvəzləyib. Ötən mövsümlə müqayisədə 33.3% azalma deməkdir.

“Şamaxı” 11, “Şəfa” isə 14 yerliyə qapını göstərib. Əvəzində “şirlər” 9, debütant 6 azərbaycanlı transfer edib.

“Qarabağ” (3), “Qəbələ” (6) və “Sumqayıt” (1) yola saldığı 10 azərbaycanlı oyunçunun əvəzinə bir yerli futbolçu da transfer etməyib.

Son çempion “Sabah” göndərdiyi 3 yerli oyunçunu 1 yerli futbolçu ilə əvəzləyib.

Digər klubların hamısı göndərdiyi yerli futbolçu sayından daha azını heyətinə qatıb.

Ümid edək ki, klublarımız olmayan akademiyalarından 5-10 nəfəri ortaya çıxarmaqla vəziyyəti nisbətən düzəltmiş olacaq.

İstənilən halda, limitin ləğvindən sonrakı reallıq onu göstərir ki, yaxın gələcəkdə Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Qara Qarayev, Mahir Şükürov, Cavid Hüseynov, Emin Mahmudov səviyyədə yerliləri heç şam işığında da tapa bilməyəcəyik.

Xanoğlan İMANOV

Premyer Liqada əcnəbi sevdası — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!