Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Qarabağ badımcanlığa dönür

Ramin Musayevin əl işi

Qəribəlikləri çoxdu bu həyatın. Kiminə pul, kiminə ağıl verir yaradanımız. Bu ikisini balanslaşdırmaq hətta xərq eliyənin özü üçün də çətindi. Xüsusən əhli-Azərbaycan söhbətində…

Rəsmi Bakı Qarabağı qaytarmağın, rəsmi AFFA isə “Qarabağ”ı azdırmağın yolunu axtarır. Göründüyü kimi AFFA bu sahədə müstəqil addım atmaq istəyir. Yəni, UEFA və FİFA kimi davranmaq arzusundadı. Ümumiyyətlə, azdırmaq bir Azərbaycanlının ən çox xoşlayıb, tətbiq etdiyi addım növüdü. Әfqanlar şey-şüy çəkib hallandığı kimi, biz də azdırıb, hallanırıq. Әşşiii…

Futboldan söhbət açmaq istərdim, amma açmayacam. Çünki Azərbaycan ordusu cəbhədə bir balaca dəcəlləşib. And içiblər ki, Qarabağda erməni qoymayacaqlar. Çox guman ki, “Qarabağ”da erməniləşmə prossesinin start götürməsi və paralel olaraq sürətlənməsi bununla bağlıdı. Axı torpağı yiyəsiz qoymaq olmaz!

Әmrah Işık Çelikel yenə öz kiçicik dünyasında komandasını çempion edəcək, Ramin abisininin dəstəyi ilə. Nədənsə “Qarabağ”ın başbiləni hələ də anlamayıb ki, Ramin abisi hər il olduğu kimi yenə sona yaxın Ağdam təmsilçisini badımcanlığa yönəldəcək. Әşşii…

Qarabağ atı yiyəsindən ayrı qalanda əriyər, çürüyər. Deyəsən, komanda “Qarabağ” da fərqli deyil. Namazoğlundan ayrı düşəndəndə ürkür. Allah bərk əllə versin!

Amma bəzi şeyləri xatırlatmaq lazımdı. Məsələn, Musayevin “Qəbələ”nin yanında elə quşu var ki, onun bərpası yalnız çempionluqla mümkündü. PFL prezidenti Flavinyodan az istədiyi oğlunun canına and içib kömək edəcəyinə.

“Neftçi” isə “Simurq” önündə sərgilədiyi oyunla çempionluq titulunu heç kimə verməyəcəyini göstərdi. Hacıyev Böyükağa həyata və komandasına ikinci dönüşünü möhtəşəm, özü də kənar dəstək olmadan. Qızıl medala gedn yolda “Neftçi”yə badalaq vurmaq Musayevin başına görə deyil. Әksinə, bu işdə son anda da olsa PFL başqanı “Neftçi”yə kömək edər ki, sonradan bunu Rövnəq Abdullayevin yanında qabartsın.

Bir sözlə, “Qarabağ” yenə “bərk” yapışıb, bərk yerdən, çempion olmamaq üçün.

P.S. Musayev indiyədək bütün işlərinin sonluğunu badımcanlığa girməklə bitirib. “Bandotdel”dən tutmuş indiyədək.

Fikirlərini bizimlə bölüş!