Ən azı Juninyo, Kadinin satışından 10 milyon dollar həcmində ödəmə olub. Həmin məbləğ xaricdəki hesabamı ötürülüb, bu yolla vergidənmi yayınılıb, açıq suallar qalır…
Bəlli olan bir gerçək var ki, ‘Qarabağ’ klub olaraq, Qurbanovun yaratdığı ekipin çox gerisində qalıb. Marketinq işinin sıfır dərəcəsi, aparıcı klubun hələ də doğru-düzgün akademiyasının olmaması, Ağdam’a köçlə bağlı heç bir planın ortaya qoyulmaması faktları bəs edir.
Azərsun rəhbərliyi digər klublarımızın fiaskosu fonunda rahatca Qurbanov’un uğurlarının kölgəsində gizlənib.
Komandanın yerində saymaması, bir sonrakı levelə qalxması üçün vizyonu dəyişmək şərtdi. İdman mediasını qəpik-quruşla ələ almaqla deyil ki…




Fikirlərini bizimlə bölüş!