Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Qardaşlar”ın oyunu ilə bağlı şübhə -“Topaz” pul qoyuluşunu dayandırdı

Bu gün Azərbyacan Premyer-Liqasının 21-ci turu çərçivəsində Zaqatalada “Simurq”-“İnter”i qəbul edəcək. Futbol ictimaiyyəti arasında bu oyunla bağlı müxtəlif söz-söhbətlər gəzir.

İddia olunur ki, “Simurq” bilərəkdən “İnter”ə məğlub olacaq. Artıq “Topaz” məntəqələrində bu oyuna pul qoyuluşu qəbul olunmur.

“Topaz”ın elektron varinatı olan Etopaz.az saytında “Simurq”-“İnter” qarşılaşmasının əmsalları ümumiyyətlə açıqlanmayıb. Bu da istər-istəməz şübhələrə yol açır.

Azərbyacan çempionatının rəsmi sponsoru olan “Topaz”ın bu gün keçiriləcək yeganə qarşılaşmaya pul qoyuluşu qəbul etməməsinin səbəbi, kontorun bu qarşılaşmanın nəticəsindən şübhələnməsi ola bilər.

Fikirlərini bizimlə bölüş!