Qolun təbii forması…

Qolun təbii forması — illüstrasiya

Qurbanov danışmırsa, bizə nə düşüb?

“Sabah”la son oyunda “Qarabağ”ın qapıçısına qırmızı vərəqəni vermək nə qədər “qırmızı” hərəkət idisə, təsdiqləmək üçün ondan da “qırmızı adam” olasan gərək. Oldular.

Qolun təbii forması — foto

Epizodda “Sabah”ın oyunçusu qapıçının sürüşmə fəndindən əvvəl, ona çatmamış topa zərbə vurur. Top gedir qapı dirəyinə dəyir. “Qırmızı” qərarını Koxalski rəqibin aşkar qol vurmaq imkanını əngəlləməsi ilə əsaslandırıb. Mən belə başa düşürəm ki, AFFA Hakimlər Komitəsi hesab edir ki, topa artıq zərbə vurmuş oyunçu, öz zərbə vurduğu topa çatıb onu qola çevirəcəkmiş. Ya da dirəyə dəyib tamam başqa cinaha yönələn topa ikinci zərbəni endirmək üçün ani dönüş edib qapıya paralel qaçacaqmış. “Qarabağ”ın qapıçısı dəymədiyi oyunçuya, dəyməmək üçün özünü yığışdırmağına, “kiçilməyinə” baxmayaraq mane olub.

Son dəqiqədəki penalti epizodunda isə “Sabah”ın oyunçusunun qolu təbii formada imiş. Araşdırıblar, həyatda da elə gəzirmiş. Həmin oyunçunun “paxotka”sı elə imiş, ümumiyyətlə.

Heç nə demirəm, yalansa, təbii ilan vursun “dilivüzdən”!

P.S. O da var ki, “bu məsələyə biz niyə münasibət bildiririk, bizə nə düşüb?” deyə, adama sual verərlər.
AFFA İcraiyyə Komitəsinin üzvü olan Qurban müəllim mətbuat konfransında deyib ki, hakimlərə yazığı gəlir, Rəhim müəllim yəqin deyər nəyin nə olduğunu. Rəhim müəllim də, sağ olsun, dedi, söhbət bağlandı.

P.P.S. Sizə heç kimin demədiyi bir şeyi deyim. Qurban Qurbanovun məşqçi karyerası üçün çox həlledici məqam yetişib. Yığdığı hörməti, ad-sanını da götürüb Avropaya getməli, yeni səhifə açmalıdır. Ya da bundan sonrakı tənəzzülün bir hissəsi olacaq.
Hər şey aydın görünür əslində.
Aydın görünür ki, “Qarabağ”ın bu ilə qədərki “yüksəkdən uçma” ənənəsi artıq nəinki ölkədə futbolu idarə edənlərə, klubu idarə edənlərə də müxtəlif səbəblərə görə lazım deyil. O səbəbləri də izah etmək, aydınlaşdırmaq olar. Ancaq lazım deyil.
Arzu edək ki, bu hekayədə yananlardan biri də Qurbanov olmasın. Əziyyəti ilə, əməyi ilə bu yerlərə gəlib. Düzgün qərar verməli, irəli getməlidir.


Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!