İddialı olmaq həmişə yaxşıdı. Elə idman mətbuatına və azarkeşlərə Böyükağa Hacıyevi sevdirən ən əsas cəhət də onun iddialı açıqlamaları olub. Amma çalışdırıcının "Rəvan"la 1:1 hesabıyla bitən kubok qarşılaşmasından sonra dediyi "lazım gəlsə, beş hücumçuyla oynayıb, "va-bank"a gedərəm" sözləri daha çox hədə-qorxuya bənzəyən cəsarət nümayişi idi. Ən əsası, hər kəsin aşkar favorit gözüylə baxdığı "Neftçi" doğma meydanda "Rəvan"ı böyük hesabla məğlub edib, finala çıxışını təmin edə bilməyibsə, çalışdırıcının gələcək üçün vədləri heç də gurultulu səslənmir. Nəğdi qoyub, nisyənin dalınca qaçmaq nəyə lazımdı?
Rəqib öz ayağıyla sənin meydanına gəlibsə, bacardığın qədər çox qol vur, cavab oyununu formallığa çevir. Belədə premyer-liqada ikincilik mübarizəsinə də daha rahat qoşulub, əsas rəqiblərin kimi futbolçularının dincəlməsinə şərait yarada bilərsən. Məlum məsələdi ki, "İnter"lə "Bakı" kubok uğrunda mübarizəni dayandırdıqlarından bütün güclərini çempionat oyunlarına sərf edirlər. İki cəbhədə mübarizə aparan "Neftçi" isə məhdud heyətinə görə gücünə qənaət etməyə, "Rəvan"la duellərdən mümkün qədər az enerji itkisiylə qalib ayrılmağa məcbur idi.
Tyaqo Mirasemanın son saniyələrdə Doroşevi və bütün "Neftçi" camiəsini məyus etməsi vəziy-yəti kökündən dəyişdi. İndi həm premyer-liqada, həm də kubokda "ağ-qaralar"ın işi çox çətin olacaq. Sıx oyun qrafiki üzündən "Qarabağ"la matça yorğun futbolçularla çıxmalı olacaq "Neft-çi" xal itirsə, gümüş medallardan birdəfəlik əlini üzmək təhlükəsi yaşayacaq. Üstəlik, buna qədər "Rəvan"la cavab oyunundakı mümkün uğursuzluğun futbolçular üçün əlavə psixoloji prob-lemlərə və komandada ümumi gərginliyə səbəb olacağı şübhəsizdi. Həmin gərginliyin də təsi-ri premyer-liqada medal mübarizəsində özünü göstərəcək. Bir sözlə, indi hər şey "xalq koman-dası"nın əleyhinədi. Əbəs yerə Hacıyevin "cavab qarşılaşmasında meydana beş hücumçu bu-raxaram" sözlərinə şübhə etmirəm. Klubun PFL-ə təqdim etdiyi iştirak ərizəsində yer alan hücumçulardan Nasimov üçün mövsüm bitib, Platye isə icarəyə verilib. 18 yaşını yenicə ta-mamlayan Fəhmin Muradbəylinin isə heç oyun praktikası yoxdu. Deməli, ümid yenə də çərşən-bə günü meydana çıxanlaradı.
Onları "bağlamağın" yolunu isə Güvənc Kurtar heç də pis bil-mir. Türkiyəli çalışdırıcı bir az bacarığının, bir az da bəxtinin sayəsində kubokda sözünü deməkdədi. Elə "Bakı"yla oyunda da Kurtarın oyunun sonlarına yaxın həyata keçirdiyi əvəzet-mələr uğurlu olmuşdu. Bu dəfə də sonradan meydana çıxan Elvinlə Tyaqo cavab qolunun vurulma-sında böyük pay sahibiydilər. Amma Güvənc hocanın, türkün sözü, özgüvənini itirən futbol-çularına öyrədəcəyi çox şeylər var. Bu tip kubok qarşılaşmalarında güclü rəqibə qarşı qapa-lı futbol oynayan komandanın standart vəziyyətlərə xüsusi diqqət yetirməsi, ələ düşən fürsət-lərdən maksimum yararlanması vacibdi. Yəqin siz də şahidi olduz ki, "Neftçi"ylə oyunda "Rə-van"ın yerinə yetirdiyi bütün cərimə zərbələri çox bərbad alınırdı. Birinci hissədə ardı-cıl iki belə vəziyyətdə Cəmşidlə Sezar nə etmək istədiklərinə özləri də qərar verə bilmədi-lər. Fasilədən sonra "Neftçi"nin məhz "duran top"dan hesabı açması belə "uçan aslanlar"ı oyatmadı. Əks halda, növbəti cərimə zərbəsi zamanı Novruz Məmmədov topu Nforun ayağına ötürməzdi. Təsadüfi deyil ki, oyundan sonra Kurtar özü də komandasının bu nöqsanını etiraf edib, futbolçularının davranışlarını "rəzalət" adlandırdı. Görünür, rəqibin ad-sanından çəkinən "sarı-qırmızılar" özlərini o qədər itiriblər ki, məşqçinin verdiyi "ev tapşırıqla-rı"nı da yaddan çıxarıblar. Səliqəli müdafiə olunmağa, rəqibə meydan boyu boş sahə vermə-məyə çalışan qonaqlar bir az da diqqətli və cəsarətli olsaydılar, "Bakcell Arena"dan daha sər-fəli hesabla ayrıla bilərdilər.
Artıq neçənci dəfədi Mahir Şükürovun yoxluğunda Araz Abdullayevin çətinlik çəkməsinə şa-hid oluruq. Şükürov meydanda olmayanda Araz da cinahda itib-batır, sürətli reydlər üçün uzun ötürmələrlə "qidalanmır". Stamenkoviçin "kölgəsində yuxulayan" Doroşev də artıq əvvəl-ki formasını itirib, "çərçivə"də çox da etibarlı deyil. Bu iki vacib itkiyə Ramosun da yoxlu-ğunu əlavə etsək, "Neftçi"nin "Rəvan"la oyuna yarımcan çıxdığını söyləyə bilərik. Qalırdı rəqibin itkilərini göz önünə gətirib, qorxu hissini kənara ataraq risk etmək və standart vəziy-yətlərdən daha yaxşı yararlanmaq. Hər halda, ilk yarımfinal qarşılaşmasının qəhrəmanı "Rəvan" sayılır. Kurtarın yetirmələri meydanda qorxaq görünsələr belə, son saniyədə qəhrəma-na çevrildilər. Deməli, Bayılda bir qədər də cəsarətli olub, daha böyük qəhrəmanlıq etmək də mümkünsüz görünmür.




Fikirlərini bizimlə bölüş!