Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Ramin Musayev: AFFA məmurları axmaqdılar

Az qalır ki, adamın ürəyi partlasın ey… Yadımdadı, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri Rövnəq Abdullayevin işarəsiylə barmaq qaldırıb, birinci divizionda limit tətbiq edəndə yazmışıdıq. Yazmışdıq ki, bu, axmaq qərardı. Axmaq adamların verdiyi axmaq qərar. Birinci divizionda tətbiq edilən limitin gətirəcəyi ziyanla bağlı o vaxt "Komanda" qəzetində bir səhifə yazı da yazmışdıq. Demişdik ki, bilmək olmaz, bəlkə axmaqlar oxudu, axmaq başlarına nəsə batdı və axmaq qərar verməkdən çəkindilər. Yazmışdıq ki, birinci divizionda gənclərin oynamasını məcburi qaydaya salmaqla, rəqabəti pozursuz. "Birinci dəstədən elitaya vəsiqə qazanan komanda heyəti yenidən formalaşdırmaq məcburiyyətində qalmalıdı" demişdik. Yazdıqlarımız axmaq başlarına batmadı və qərarı verdilər. "Komanda" qəzetinin elektron versiyası olmadığına görə, indi o yazını tapıb bunların axmaq başlarına yenidən batırmaq istəyimdən də vaz keçirəm.

Üstündən 4-5 il keçəndən sonra axmaq başlara nəsə batdı (buna da şükür) və həmin axmaq qərarı dəyişdilər. Axmaq qərar dəyişdiriləndən sonra PFL-in prezidenti Ramin Musayev mətbuata açıqlama verib. Min dəfə demişəm, min birinci dəfə də deyirəm: Ramin Musayev Azərbaycan futbolunun dissidentidi. O, Azərbaycan futbolunu idarə edən axmaqların axmaq olduğunu deyə bilən yeganə futbol funksioneridi. Yenə də deyib. Deyib ki, AFFA İcraiyyə Komitəsinin üzvləri axmaqlardı: "Komandalar birinci divizionda gənclərlə oynayırlar. Elitaya çıxanda isə çaş-baş qalırlar. Komanda formalaşdırmaqla bağlı böyük çətinliklər yaşayırlar".

Eynən bizim o vaxt "Komanda" qəzetində yazdıqlarımızı deyib. Demək ki, o yazını oxuyan tək futbol adamı Ramin Musayev olub.

Axmaqlar Azərbaycan futbolunda hamını çaş-baş qoyublar. Az qalır adamın ürəyi partlasın ey… Ki, ay axmaqlar, bu qədər aydın olan bir məsələdə bu qədər axmaq qərarı necə verə bilirsiz? Bilirəm, Ramin Musayev həmişə limitə qarşı olub. Elə Premyer Liqada da tətbiq olunan limitin ləğv olunmasını istəyir. Amma neynəsin ki, limitlə bağlı qərar verən axmaqları ağıllandırmaq iqtidarında deyil. Ölələr də, o qərarı da dəyişəcəklər.

Sizə olmuş bir hadisə danışım. Bir nəfərin temperaturu qalxır, gedir kənd həkiminin yanına. Həkim də buna bir ovuc dərman verib deyir ki, “malyariya”san, bu dərmanları at. Xəstə bu diaqnozla razılaşmır, gedir rayon mərkəzinə, müayinə olunur və məlum olur ki, “malyariya” deyilmiş. Gəlib kənd həkiminə deyir ki, doktor, müayinə olundum, “malyariya” çıxmadı. Həkim də qayıdıb buna belə cavab verir: "Öləsən də, “malyariya”ya tutulacaqsan, gəlib bu dərmanları da alıb, atacaqsan".

O həkimin sözü olmasın, ölsəz də, bu limiti əvvəl-axır dəyişəcəksiz. Amma bunun üçün əvvəlcə sizin axmaqlığınızı müalicə etmək lazımdı. Bax, ən çətin məsələ də elə budu. Görəsən, “malyariya” dərmanı əlac edər?

Fikirlərini bizimlə bölüş!