SOCAR-ın nəzdində fəaliyyət göstərən "CBC Sport" telekanalı ilə AzTV-nin törəmə kanalı "İdman Azərbaycan" arasında gedən mübarizə yeni müstəviyə qədəm qoyub.
Rövnəq Abdullayevlə Arif Alışanov arasında gedən 9 milyonluq mübarizə barədə oxuculara məlumat vermişdik. Həmin yazıda SOCAR-ın prezidenti Rövnəq Abdullayevin "İdman Azərbaycan"ın bağlanmasında maraqlı olduğu bildirilirdi. Abdullayev idman kanalının 9 milyonluq büdcəsini öz nəzarətində olan "CBC Sport"a transfer etmək niyyəti güdür.
Komanda.az xəbər verir ki, Rövnəq Abdullayevin telekanalı fəaliyyət sferasını genişləndirir. "CBC Sport" artıq xarici ölkələrin futbol çempionatlarının da yayım hüququnu alır. Təbii ki, bunun üçün vəsait ödənilir. CBC Azərbaycan Premyer Liqasının yayım hüququnu 700 min manata alıb. Mətbuatda yayılan məlumatda isə bu kanalın illik büdcəsinin cəmi 600 min manat olduğu bildirilirdi. Görünür, kanalın büdcəsi kifayət qədər artırılıb ki, artıq xarici cempionatların da yayım hüququ alınır.
"CBC Sport" İtaliya və Rusiya çempionatlarının yayımına başlayıb. Kanaldan verilən məlumata görə, yaxın günlərdə Ukrayna çempionatının da yayım hüququ alınacaq.
İtaliya çempionatı ilə işimiz yox, A seriyasının Azərbaycanda kifayət qədər izləyicisi var. Ancaq Rusiya və Ukrayna çempionatları üçün Azərbyacan neftindən vəsaitin ayrılması olduqca müəmmalıdı. Ölkəmizdə Rusiya və Ukrayna çempionatlarının azarkeşləri var. Ancaq onların sayı çox azdı. Türkiyə çempionatının isə Azərbaycanda milyonlarla azarkeşi var. Lakin nədənsə Rövnəq Abdullayevin telekanalı Türkiyə Superliqasının yox, Rusiya Premyer Liqasının yayım hüququnu almaq üçün vəsait ödəyib. Özü də az ödəməyib. Əldə etdiyimiz məlumata görə, Rusiya çempionatının oyunlarının ölkəmizdə yayımına icazə üçün 470 min dollar ödənilib. Azərbaycanda kiçik azarkeş kütləsinə sahib olan bir çempionat üçün bu qədər vəsaitin ödənilməsi isə qaranlıq məqamlardan xəbər verir.
"CBC Sport"un direktoru İlham Rüstəmovdu. O, Rusiyanın "NTV Sport", "Naş futbol" telekanallarında işləyib. Komanda.az-ın arapdığı kiçik araşdırmalardan sonra bəlli oldu ki, "CBC Sport"un yayımını aldığı Rusiya və almağa hazırlaşdığı Ukrayna çempionatlarında xeyli erməni futbolçu çıxış edir. İki ölkənin çempionatında üst-üstə 20 erməni top qovur – Rusiyada 12, Ukraynada 8. Rusiya Premyer Liqasında çıxış edən 9 klubun heyətində erməni futbolçu var. Belə çıxır ki, Rövnəq Abdullayevin telekanalı Azərbaycan neftinin pulunu erməni futbolçuların təbliğatı üçün xərcləyir…
Rusiya və Ukrayna çempionatlarında çıxış edən erməni futbolçuların siyahısını təqdim edirik:
RUSİYA – 12
Rubin:
Gevorq Arutyunyan
Krasnodar:
Levon Bayramyan
Arutyun Qriqoryan
Spartak
Yura Movsisyan
Araz Özbiliz
Amkar:
Robert Arzumanyan
Ufa:
Andranik Mnatsakanyan
Denis Tumasyan
Ural:
Edqar Manuçaryan
Rostov:
Xoren Bayramyan
Krılya Sovetov:
David Zaxaryan
Anji:
Karlen Mkrtçyan
UKRAYNA – 8
Stal:
Rumian Ovsepyan
Artur Danielyan
Armen Ohanisyan
Şaxtyor:
Artur Avahimyan
Olimpik:
Geqam Kadimyan
Aleksandriya:
Nutsu Ardelyan
Serji Railyan
Reşad ERGÜN




Fikirlərini bizimlə bölüş!