“Qarabağ” liderə çata bilərmi?
Ölkə çempionatı finişə yaxınlaşır. "Neftçi"nin çempion olduğu 2020/2021 mövsümündən sonra ilk dəfədi bu qədər maraqlı yarış keçir.
Nadir istisnaları nəzərə almasaq, sərgilənən sabit oyun, futbolçuların fərdi keyfiyyətləri bunu göstərir ki, hazırda lider olan "Sabah"ın çempionluğuna yalnız özü mane ola bilər.
Hazırda turnir cədvəli:
"Sabah" 24 oyun 59 xal
"Qarabağ" 23 oyun 52 xal
"Sabah"ın çempionatın sonunacan qalan matçları:
"Sabah" – "Sumqayıt"
"Araz Naxçıvan" – "Sabah"
"Sabah" – "Zirə"
"Qarabağ" – "Sabah"
"Sabah" – "Karvan"
"Şamaxı" – "Sabah"
"Sabah" – "Kəpəz"
"Sabah" – "Neftçi"
"Turan Tovuz" – "Sabah"
"Qarabağ"ın çempionatın sonunacan qalan matçları:
"Kəpəz" – "Qarabağ"
"Qarabağ" – "Karvan Yevlax"
"Şamaxı" – "Qarabağ"
"Qarabağ" – "Sabah"
"Neftçi" – "Qarabağ"
"Neftçi" – "Qarabağ"
"Qarabağ" – "Turan Tovuz"
"Qəbələ" – "Qarabağ"
"Qarabağ" – "İmişli"
"Sumqayıt" – "Qarabağ"
Hazırki xal fərqindən əlavə "Sabah"ın təqvimi də "Qarabağ"dan daha asan görünür.
"Qarabağ" "Sabah"la bəlkə də çempionluq oyunundan sonra bir həftədə ardıcıl iki dəfə əzəli rəqibi "Neftçi"nin qonağı olacaq. Bundan sonra Qurban Qurbanovun komandası son vaxtlar oyun planında da xeyli irəliləyişə nail olan "Turan Tovuz"la çətin matça çıxacaq.
"Sabah" "Qarabağ"la prinsipial qarşılaşmadan öncə "Zirə"ni qəbul edəcək. Çempionatın son iki turunda "Neftçi" ilə Masazırda, "Turan Tovuz"la Tovuzda görüçəcək.
"Qarabağ" "Sabah"ı məğlub etsə, çempionluğun taleyinə son turda Tovuzda aydınlıq gələ bilər.
Çempionluq uğrunda mübarizə aparan komandaların digər oyunlarda xal itirəcəyinə inanmıram.
"Sabah"la "Qarabağ" ölkə kubokunun yarımfinalında da 2 dəfə qarşılaşacaq.
Odur ki, futbol mövsümünün ən maraqlı duelləri hələ irəlididədi.
Anar ŞABANOĞLU




Fikirlərini bizimlə bölüş!