Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Son dəfə məhlənizdə futbol oynayan uşaqları nə vaxt görmüsüz?

Nə vaxt ki, binanızın blokundan çölə çıxıb məhəllənin futbol meydançasında uşaqların top qovmasını görüb, yolunuza davam etsəniz bilin ki o andan Azərbaycan futbolunun inkişafı haqqında düşünmək olar.

Hələlik isə, "yaxşı oynadıq, amma heyif ki, çox qol buraxdıq" , "filankəsi milliləşdirsək əla olar" , "daha böyük hesabla da uduza bilərdik" kimi versiyalarla barışmalı və doğmalaşmalıyıq.

Əslində isə çoxdan doğmalaşmışıq.
SSRİ-nin zamanında flaqman "Neftçi" nin güclülər dəstəsindən birinci dəstəyə düşdüyü gündən bu günə kimi bizim futbol sönə sönə gedir.

Axırıncı dəfə nə vaxt "məhlə məhləyə futbol oynadıq" cümləsini eşitmisiniz? Şəxsən mən 20-25 il əvvəl.

İndi isə "məişət fitbolundan" eşitdiyimiz kəlmə yalnız budur: "bir gün yığışıb gedək, kavrolitdə futbol oynayaq". Eynən "gedək kitaydan fılan şey vuraq, gətirək" arzusu qədər, çayxanadan o tərəfə keçə bilməyən layihələr kimi.

Hansı futboldan danışırsız?
Sonuncu ritorik sual. Hansı məktəb bu il və yaxud keçən il məktəblərarası çempionatın qalibi olub?
Bəlkə də var. Amma biz bu haqda heçnə bilmirik. Heç bilməyəcəyik də.
Çünki, məhəlləyə çıxıb futbol oynayan uşaqları görmürük.

Fikirlərini bizimlə bölüş!