“Trabzonspor”un gənc futbolçularla iş üzrə təmsilçisi Sadi Tekelioğlu bildirib ki, AFFA-nın baş katibi Elxan Məmmədov ona zəng edərək, bu klubun U-17 komandasında çıxış edən Doğukan Öksüz və Murat Cem Akpınarın Azərbaycan yığmasında çıxış etməsinə icazə vermələrini xahiş edib. Mətbuatda yayılan bu xəbər Azərbaycanın futbol təsərrüfatından anlayışı olanlar üçün söyüş idi. AFFA prezidenti Rövnəq Abdullayev bu müraciətlə hamını – Azərbaycan dövlətini də, xalqını da söyüb. Özü də bu, birinci belə söyüş deyil.
AFFA Azərbaycanın bütün yaş qrupları üzrə milliləri Almaniyadan, Rusiyadan, Türkiyədən gətirdiyi futbolçularla dolduranda dəfələrlə söyüş söyüb. Rövnəq Abdullayev Azərbaycan xalqının boğazından kəsilib futbolun inkişafı üçün ayrılan vəsaiti qohum-əqrəbasının, dost-tanışlarının arasında bölüb və söyüb. Dövləti də, xalqı da söyüb. “Filan-filan olmuşlar, görürsüz, sizin pulunuzu əlinizdən alıb, necə xərcləyirəm” deyib hər dəfə.
Azərbaycan dövləti də, xalqı da bu söyüşlərə həmişə təmkinlə yanaşıb, başını aşağı salıb. Rövnəq Abdullayev Azərbaycanın futbol təsərrüfatının Eldar Mahmudovu, Elxan Məmmədov isə Akif Çovdarovudu. Azərbaycanın bölgələrində uşaqlar futbol oynamağa meydança, top, forma tapa bilməyiblər. Abdullayevlə Məmmədov isə o uşaqlar üçün ayrılmış vəsaiti Almaniyaya, Danimarkaya daşıyıb. Eldar Mahmudovla Akif Çovdarov sahibkarların başına torba keçiriblər, onlara qarşı reketçilik ediblər. Rövnəq Abdullayevlə Elxan Məmmədov isə uşaqların başına torba keçirib, onlara qarşı reketçilik ediblər. Hansı dəstə daha qəddardı?
U-17, U-19, U-21 bərbad gündədi. Mütəxəssislər də bizdə futbolçu olmadığından gileylənirlər. Axı bizdə futbolçunu nə vaxt yetişdirdilər ki, olmasın da? Axı futbolçu yetişdirlməsi üçün ayrılan vəsait Almaniyaya, Danimarkaya göndərilib.
U-17-nin baş məşqçisi Təbriz Həsənov AFFA-nın “Trabzonspor”dan futbolçu istəməsinə “Futbol+” qəzetində münasibət bildirib. Və özü də bilmədən Rövnəq Abdullayevi, Elxan Məmmədovu söyüb:
“Artıq neçə ildi aşağı yaş qrupları üzrə yığmalarda çalışıram. Bizim uşaqlarda bir xüsusiyyət var, hiss edəndə ki, bir nömrədi, arxayınlaşır, məşqlərdə tənbəllik edir, özünü əvəzolunmaz sayır. Biz də bu üzdən məcbur olun kənardan futbolçu dəvət edirik. Yenə deyirəm, rəqabət üçün məcbur olub, xaricdən futbolçu çağırırıq”.
Bu açıqlamada söyüş yoxdu? Var, var. Artıq neçə illərdi deyirik ki, çempionatda tətbiq edilən limit aradan qaldırılmalıdı. Deyirik ki, azərbaycanlı futbolçunun əziyyətsiz-filansız oynamasına şərait yaratmaq olmaz. Yaradacaqsızsa, o, inkişaf etməyəcək. Deyirik ki, limit rəqabəti aradan qaldırır. Azərbaycanlı futbolçu meydana çıxacağına arxayın olduğundan, öz üzərində işləmir. Amma Rövnəq Abdullayevlə Elxan Məmmədov bu limiti aradan qaldırmır ki, qaldırmır. İndi bizim dediklərimizi Təbriz Həsənov deyir. Demir ey, söyür. Futbol təsərrüfatını belə idarə edən danqabaşları söyür. Axı hansı danqabaş verib limitlə bağlı təklifi? Yaxşı, sən yerli futbolçuların xarakterini bilirsən, aşağı yaş qruplarında rəqabət aparmaq üçün xaricdən futbolçu dəvət edirsən. Anladıq. Ancaq adamdan soruşarlar ki, ay əbləhlər, onda bu rəqabəti çempionatda niyə aradan qaldırırsız? Niyə klubları məcbur edirsiz ki, səviyyəsiz yerliləri meydana buraxsınlar?
Rövnəq Abdullayev Azərbaycan futbolunun Eldar Mahmudovu, Elxan Məmmədov da Akif Çovdarovudu. Bu adamlar da onlar kimi qandallanmayana qədər biz hər dəfə eyni problemlərdən yazmalı olacağıq.
Daha sahibkarların başına torba keçirən yoxdu. Ancaq uşaqlarımız hələ də…




Fikirlərini bizimlə bölüş!