Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Tələbinə quzu kəsim, polis əmi…

“Böyük oyun”un məlum qalmaqalın ardından özünəməxsus ab-havaya həsrət qaldığını bilirsiz. “Ağrımaz başım, dinc qulağım” deyimini rəhbər tutan “yuxarılar” qonaq azarkeşlərin rəqib meydanında keçirilən duelləri stadiondan izləməsini yasaqlamaqla işini bitmiş saydı. Əlbəttə, dava-dalaşın düşmənçilik həddinə çatması, bir neçə fanatın məsuliyyətə cəlb edilməsi ürəkbulandıran mənzərədi və bu, emosiyaların zəncirdən çıxmasına tutarlı sübutdu. Ancaq ortada bir həqiqət də var: meydanda əzəli rəqiblər üz-üzə gəlirsə, gərginlik tribunalara da yansımalıdı.

Dünyanın hər yerində prinsipial oyunlar birmənalı qarşılanmayan fəsadlarla iz buraxır. Dava da olur, söyüş də, biədəb jest də. Seçilən oyun statusu alan matçları başqala-rından fərqləndirən cəhətlərdən biri də elə gərginliyin duyğuları yerindən oynatmasıdı. Bu başqa məsələ ki, hamımız idman prinsiplərinin qorunmasını vacib sayırıq. Rəqabətin düş-mənçilik həddinə, söz atışmasının vətəndaş müharibəsi səviyyəsinə çatmasına qarşı çıxma-ğın yeganə yolu azarkeşləri gözümçıxdıya salmaq deyil!

Futbol tərəfdarlar üçün oynanılır. Boş və ya yarıboş tribunalar önünə çıxan komandalar “qab”ında olanın hamısını ortaya qoymaq üçün motivasiya tapmır. Çılğın fanatlar yoxdusa, qarşılıqlı şüarlar eşidilmirsə, deməli, böyük futbol da yoxdu. “Böyük oyun”a “qazılan mə-arın” effekti göz önündədi.

“Bakcell Arena”dakı “Neftçi” – “Xəzər Lənkəran” matçında gördüklərimdən sonra demokratiya anlayışından bixəbər cəmiyyətdə yaşadığımı növbəti dəfə yada salıb üzüldüm. Cənublu azarkeşlərin içəri girib aranı qatmamasına nail olmaq üçün biletlərin nəzarətə götürülmə-sinə qarşı deyiləm. Əksinə, “yuxarıdan” qadağa qoyulubsa, vəziyyəti “sığortalamaq” üçün hansısa varianta əl atılmalı idi. “Gəmiçilər”in gənc qapıçısı Orxan Sadıqlının təzyiqlərə dözmə-ib qapının arxasındakı sektordakı fanatlara hər iki əlinin orta barmağını göstərdiyindən xəbərdarsız.

Məhz həmin azarkeşlərdən beşinin asayiş keşikçilərinin anormal tələbini yerinə yetirmədiyinə görə bölməyə aparılması acı təbəssüm doğurur. Demokratik inkişaf yolu seçən ölkələrin heç birində stadionda vəzifə borcunu yetirən şəxslər tərəfdarların hüququnu pozmur. Həmin gün yalnız “Forza Neftçi” fanklubunun bir neçə üzvünün gecəyədək bölmədə ac-susuz qalması azı daha 10 min futbolsevərin beynində “bu ölkədə fanatları tuturlar” fikri formalaşdırdı.

Təhqiramiz ifadələrin dilə gətirilməsinə, birağızdan səsləndi-rilən biədəb sözlərin ikrah doğurmasına heç kimin şübhəsi yoxdu. Amma polisin səlahiyyət həddini aşmasına da göz yummamalıyıq. Düzgün təlimatlandırılmayan, vəzifə borcunun nə-dən ibarət olduğunu bilməyən, müxtəlif peşə sahiblərinin boynundan asılan fərqli akkredi-tasiyaların hansının hansı hüququ verdiyini heç anlamayan polisləri elita matçlarına buraxanlar böyük günah sahibidi.

Sirr deyil ki, kütləyə yaxınlaşıb təpki göstərən “poqonlu-lar”ın istənilən halda kimisə özündən çıxarıb bölməyə aparmaq şansı çoxdu. “Ayağa durmaq olmaz, oturun, azarkeşlik edin” deyən polis anlamalıdı ki, bu tələb “şalvarını aşağı çək, çest ver” əmri qədər gülüncdü. Olmaz axı, hər işin öz yolu var… Polis rütbəcə özündən böyüyə tabedisə, fanatın da qibləsi futboldu! Kiminsə haqq etdiyini zorla əlindən almaq Tanrının yanında üzüqara olmaqdı.

P.S. Ədalət və İnkişaf Partiyası Türkiyədəki seçkilərdə qalib gələndən sonra tribunada söyüş söyən azarkeşə 40 şallaq vurulsa, təəccüblənməyəcəm. Yaşasın demokratiya!

Fikirlərini bizimlə bölüş!