İzlədizmi?
Gördüzmü?
İyrəncliyin şahidi olduzmu?
Saxtakarlıq abidəsinin önünə tüpürmək istədizmi?
Hamısı 1 saatın içində, "Futbol saatı"nda. "Xəzər"TV-nin illərdi ekrandan bizi salamladığı bu verilişini həmişə maraqla izləmişəm. Gecə oyaq qaldığıma görə heyfslənməyim yadıma gəlmir. Vaxtilə Ceyhun Rzayev də, Emin Abbasov da aparıcı kimi öz missiyalarını layiqincə yerinə yetirib, indinin özündə də Sənan Abdullayev. Onlarla işim yox, sözüm Tahir Süleymanovadı!
O Tahir Süleymanova ki… İdman mətbuatının ən üzlü və umacaqlı "dost"udu.
O Tahir Süleymanova ki… Vəzifə ondan ötrü hər şeydi.
O Tahir Süleymanova ki… Yenidən kresloya yayxanmaqdan yana hər şeyini verməyə hazırdı.
O Tahir Süleymanova ki… Beş il vitse-prezidenti olduğu "Neftçi" jurnalisti döyüb, söyüb, başlarına olmazın müsibətlər gətirib, satın aldığını alıb, almadıqlarını "o biri dünya" ilə hədələyib.
O Tahir Süleymanova ki… Özünü tituldan bol klub idarəçisi kimi tanıtsa da, bu qızıl-gümüşləri, bürüncləri kimin və nəyin hesabına boynundan asdığını danır.
O Tahir Süleymanova ki… Halalla haramın sərhədlərini heç vaxt bilməyib.
O Tahir Süleymanova ki… Onu iş tapması üçün Ramin Musayevə yalvarıb-yaxarıb, göz yaşı
axıdıb, məqsədinə çatandan sonra çörək qazanmasına vəsilə olanın qabına tüpürüb.
O Tahir Süleymanova ki… 15-20 ildi mətbuatın vasitəsilə dərisinə saman təpdiyi Xaqani Məmmədova 1 saatlıq efirdə 1 kəlmə "ilişdirmədi".
Niyəsini qoy mən deyim… Media Tahir Süleymanov üçün bir vasitədi. Adamda üzdən çox üz var. O, dünən bir daha göstərdi ki, ingilis bayrağıdı, iş vəd elə, ağzını tik.
Qulağıma çatıb, "hə"sini veriblər. Ümidini Elxan Məmmədova bağlamışdı. Emil Mpenza qalmaqalı bitəndən ağzına su alıb oturmuşdu, güman edirdi ki, AFFA-nın baş katibi pislikləri unudacaq və ona federasiyada, yaxud kurasiyasındakı klubların birində vəzifə verəcək. Xəyalları suda buxarlandı, Elxan Məmmədovun biçdiyi həsrət donu əyninə gen oldu.
Minaş öz-özünü aldatdığını gec anlayıb. Odu ki, Müşahidə Şurasından-zaddan deyinir yenə. "Cib müxalifəti" olmaqdan çıxıb bu.
Hərə karyera filmni bir cür çəkir. Bu da öz filminin ssenarisini dəyişkən tipin qəhrmanlığı üzərində qurub.
Bir üzü mələkdi, bir üzü iblis.
Tahir Süleymanovun Xaqani Məmmədovla çıxdığı haqq-ədalət davasında dirənişi bura qədərmiş… "Futbolumuzun düşməni" elan etdiyi hakimbaşı ilə bir studiyada görüşənədək.




Fikirlərini bizimlə bölüş!