Ardıcıl 2 mövsümdür “Turan Tovuz”a qarşı ədalətsizlik edilir.
Bu çempionatda cəmi 5 tur arxada qalıb.
Amma 2 oyunda “Turan Tovuz”un haqlı qələbəsi və 4 xalı əlindən alınıb.
“Şamaxı” ilə Tovuzdakı oyunda Rəhim Həsənov CBC Sportu səhv çıxartdı ki, onlar normal görüntü təqdim etmədiyi üçün qərar doğrudu.
İndi bu videoya baxın və əlinizi ürəyinizin üstünə qoyub deyin görək burda penalti var?!
Rəhim Həsənov bu dəfə çəkilişə ilişə bilməyəcək.
VAR-a dəvət edilən hakim epizoda bu qədər baxandan sonra indiyə kimi nə vaxt belə qərar verib?
Kurban Berdıyev deyir ki, 60 illik futbol karyeramda belə penalti görməmişəm.
İstehza ilə əlavə edir ki, ayağa toxunuş yox idi, bəlkə başa olub.
Burda gördüyünüz kimi qaydanı hücumçu pozur, penaltini isə “Turan Tovuz”un qapısına verirlər.
Əyalət təmsilçisi bununla bağlı bəyanat yayıb və bildirilib ki, sistemli təzyiqlərlə üzləşirlər.
Tovuz Azərbaycanın boz futboluna rəng qatan rayondu. Burda hamı futbolla yaşayır.
Klubun sponsorları Azərbaycan futbolunun gələcəyi üçün yatırım edir, infrastrukturu, akademiyanı inkişaf etdirirlər.
Neçə belə klubumuz var?
“Turan Tovuz”a qarşı edilənlərin məqsədi nədir?
Anar ŞABANOĞLU

Fikirlərini bizimlə bölüş!