Ay-ulduzluların həyacan trilleri

Türkiyə millisi yenə ənənəvi hiss-həyacan, emosiya dolu çılğın, dəli futbolunu ortaya qoydu və daha güclü komandanı keçməyi bacardı.

Əlbəttə, bu xaotik oyuna ürək dayanmır. Məntiq axtarmaq çətindi. Amma kim deyə bilər ki, Türkiyə’nin sərgilədiyi tamaşaya etinasızdı?

Məgər futbolu bizlərə sevdirən bu cür həyacan trilleri deyilmi?!

Final fitindən sonra hamılıqla yerə sərilən ‘ay-ulduzlular’ hər şeyin ən gözəl təsviridi. İnanılmaz qələbə əzmi, qalib ruhu, son damla qanadək vuruşmaq bacarığı türkləri döyüş meydanında olduğu kimi futbol meydanında da təkrarolunmaz edir. Bu millini bizlərə doğmalaşdırır, çox sevdirir. Yığmamızda görməyi çox istədiyimiz milli xarakteri qardaş ölkə futbolçularının timsalında tapırıq.

İnanıram ki, bu hələ son deyil. Məncə Avstriya Hollandiya’dah güclü rəqib idi. Eynilə 2002, 2008-də olduğu kimi dastan yazmağa davam…

Fikirlərini bizimlə bölüş!

E-poçt ünvanınız yayımlanmayacaq. * işarəli sahələr mütləqdir.